Göz bəbəyi böyüdüyü zaman nə baş verir?
Sağlamlıq
1396
06 Jan 2025 | 09:57

Göz bəbəyi böyüdüyü zaman nə baş verir?

ABŞ-nin Kornell Universitetinin tədqiqatçıları siçanların beyninə elektrodlar yerləşdirməklə göz hərəkətlərini izləyiblər və göz bəbəyinin ölçüsü ilə beynin uzunmüddətli yaddaş yaratma prosesi arasında əlaqəni aşkar ediblər.
 
Moderator.az “NTV”yə istinadən xəbər verir ki, yuxu zamanı göz bəbəyinin kiçilməsi beynin yeni anılarını yenidən canlandırdığı, böyümüş göz bəbəyi isə köhnə xatirələrin canlandığını göstərə bilər.
 
“Nature” jurnalında dərc olunan araşdırmaya görə, göz bəbəyinin ölçüsünün beynin güclü və uzunömürlü xatirələr yaratmaq prosesinin başa düşülməsində əsas rol oynadığı qeyd edilib.
 
Alimlər müəyyən ediblər ki, yeni anlar yuxu zamanı, göz bəbəyinin kiçilməsi zamanı bir alt mərhələdə təkrarlanır və gücləndirilir. Göz bəbəyi böyüdükcə beyin köhnə xatirələri təkrar emal edir.
 
Tədqiqatda istifadə edilən siçanlara labirintdə su və ya peçenye mükafatları toplamaq kimi müxtəlif tapşırıqlar öyrədildi.
 
Siçanlara beyin elektrodları və göz bəbəyinin dəyişməsini izləmək üçün onların gözlərinin qarşısına yerləşdirilmiş kiçik kameralar quraşdırılıb. Siçanlar yeni tapşırığı öyrənib yuxuya getdikcə, elektrodlar onların beyin fəaliyyətini qeyd edərkən kameralar göz bəbəklərinin dəyişməsini izləyirdi.
 
Son tapıntılar siçanlarda yuxu quruluşunun əvvəllər düşünüldüyündən daha müxtəlif olduğunu və insanlardakı mərhələlərə bənzədiyini ortaya qoyur.
 
Tapıntılar beyində çox qısa zaman miqyasında işləyən və yeni məlumatları köhnə məlumatlardan ayıran daxili mexanizmə işarə edir.
 
Tədqiqatçılar ümid edirlər ki, bu iş insanlarda yaddaşı gücləndirən texnikaların təkmilləşdirilməsinə və süni intellektin hazırlanmasına töhfə verə bilər.
Link kopyalandı!
Son xəbərlər