Metapnevmovirus epidemiyası QEYDƏ ALINDI
Sağlamlıq
1640
06 Jan 2025 | 09:26

Metapnevmovirus epidemiyası QEYDƏ ALINDI

2024-cü il dekabrın 23-29-u aralığında Çindəki xəstəxanalarda bir sıra xəstələrdən tənəffüs nümunələri alınıb.
 
Moderator.az lent.az-a istinadla xəbər verir ki, testlər virusların, o cümlədən qrip virusunun, insan metapnevmovirusunun və rinovirusun olduğunu göstərib.
 
Çin Xalq Respublikasının Xəstəliklərə nəzarət və qarşısının alınması idarəsinə istinadən xəbər verilir ki, bu nəticələr ölkədə kəskin respirator infeksiyaların aktiv yayılmasının davam etdiyini göstərir. Əsasən 14 yaşınadək uşaqlara “hücum” edən metapnevmovirusla bağlı vəziyyət xüsusilə narahatedicidir.
 
Ən yüksək xəstələnmə nisbəti Çinin şimal əyalətlərində müşahidə olunur. İnsan metapnevmovirusu (HMPV) soyuqdəymə və qripə bənzər əlamətlərə səbəb olur və adətən yüngül keçir. Bununla belə, xüsusilə həssas əhali qruplarında pnevmoniya kimi daha ciddi fəsadlara səbəb ola bilər. Bunlara körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar daxildir. Son məlumatlara görə, metapnevmovirus xəstələri arasında ölüm nisbəti 43 faizə çata bilər. Bu, xüsusilə ona görə narahatedicidir ki, sürətli test reagentlərinin mövcud olduğu COVID-19-dan fərqli olaraq, metapnevmovirusu aşkar etmək üçün xeyli az vasitə mövcuddur. Mövcud şəraitdə metapnevmovirus infeksiyasının müalicəsi üçün xüsusi dərman yoxdur. Diaqnoz qoymaq üçün yeganə seçim dəstəkləyici terapiyadır.
 
Xatırladaq ki, ötən il oktyabrın 1-dən Qazaxıstanda 30-dan çox metapnevmovirus infeksiyası aşkar edilib.
 
Bu barədə ölkənin Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Link kopyalandı!
Son xəbərlər