Bizi sosial şəbəkələrdən izləyin:
Çiyələk, sağlamlıq üçün faydalı bir meyvə olaraq diqqət çəkir. C vitamini və flavonoidlərlə zəngin olan çiyələk, xolesterolu azaldır, infarkt və insult riskini aşağı salır.
Moderator.az E-saglam.az-a istinadən xəbər verir ki, yapon alimlərinin araşdırmalarına görə, çiyələk istehlakından cəmi bir saat sonra damarlar təmizlənir və ürək-damar sağlamlığı yaxşılaşır.
Çiyələk, həmçinin beyin sağlamlığını dəstəkləyir, yaddaşı gücləndirir və Alzheimer riskini azaldır. Tərkibindəki antioksidantlar immuniteti gücləndirir, diş minasını möhkəmləndirir və skelet sistemi xəstəliklərində ağrıları azaldır.
Yapon alimləri çiyələk qəbul etdikdən cəmi 1 saat sonra damarların təmizləndiyini və onun ürək-damar sağlamlığına faydalarını aşkar ediblər.
Yaponiyanın Setsunan Universitetinin apardığı araşdırmaya görə, bir kasa çiyələk yağ yığılmasını azaldaraq infarkt və insult riskini azaldır. Məlum olub ki, istehlakdan sonra qısa müddətdə belə yüksək xolesterinin yaratdığı tıxanmaların qarşısını alır.
Ancaq çiyələk istehlakında ehtiyatlı olmaq lazımdır. Allergiyası olan və ya böyrək problemi yaşayan şəxslər onu yeməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Sağlam və uzun ömür üçün çiyələk rasionunuza daxil etməyə dəyər.