18:29
9°C
Bakı
Balıq sağlamlıq və uzun ömür üçün faydalı olan əhəmiyyətli qidalardan biridir.
Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, omeqa-3 yağ turşuları ilə zəngin olan balıq ürək-damar xəstəliklərinin riskini azaldır, beynin funksiyalarını yaxşılaşdırır və iltihabı azaltmağa kömək edir. Xüsusilə somon, skumbriya, ton balığı və sardina kimi yağlı balıqlar faydalıdır. Balığın tərkibindəki D vitamini və yüksək keyfiyyətli protein də sümük sağlamlığı və əzələ inkişafı üçün vacibdir. Həftədə ən azı iki dəfə balıq yemək sağlam bir həyat tərzi üçün vacib hesab olunur.