Bizi sosial şəbəkələrdən izləyin:
Dişləri səhər tezdən fırçalamaq ağız və diş sağlamlığının qorunması üçün ziyandır.
Dr. Muqutdinovun fikrincə, gecə yatdıqda ağızda tüpürcək istehsalı azalır, bu da bakteriyaların çoxalmasına səbəb olur. Nəticədə ağız boşluğunda pis qoxu və bakteriya təbəqəsi yaranır. Dişləri gecə yatmadan əvvəl fırçalamaq bu bakteriyaların və onların yaratdığı ağız qoxusunun qarşısını almaqda mühüm rol oynayır.
Moderator.az sağlamolun.az-a istinadən xəbər verir ki, bəzi mütəxəssislər səhər yeməyindən əvvəl dişləri fırçalamağı tövsiyə edir, çünki bakteriyaları yeməkdən əvvəl təmizləmək daha təsirli olur. Digərləri isə səhər yeməyindən sonra dişləri fırçalamağın qida qalıqlarını təmizlədiyini qeyd edir. Bununla belə, yeməkdən dərhal sonra, xüsusilə turşulu qidalar qəbul edilərsə, dişlərin emal qatına zərər verə biləcəyindən ehtiyatlı olmaq lazımdır. Yeməkdən sonra diş fırçalamaq üçün ən az 30 dəqiqə gözləmək tövsiyə olunur.
Dr. Muqutdinov vurğulayır ki, diş fırçalamaqdan əlavə, düzgün diş pastası seçimi və fırçalama texnikası da vacibdir. Dişləri yumşaq, dairəvi hərəkətlərlə və ən az 2 dəqiqə fırçalamaq lazımdır. Bununla yanaşı, dilin də fırçalanması bakteriyaların azaldılmasına kömək edir.