Qaynar şorba və çay içmək olmaz
1764
08 Dec 2024 | 17:20

Qaynar şorba və çay içmək olmaz

Çox isti, qaynar şorbalar, çaylar xərçəngə gətirib çıxara bilər.

Moderator.az  “Medicina”ya istinadən xəbər verir ki, onkoloq Maqomed Suleymanov acı, qaynar qida və mayelərin təsirindən danışıb.

“Mədə, qida borusu, qırtlaq xərçəngi ən ağır və amansız növlərdəndir. Müasir onkoloji inkişafa rəğmən bu xərçəng növləri daha çox insanın həyatına son qoyur. Mədə və qida borusu xərçəngi 80% hallarda gec aşkarlanır.Bu növ xərçəngin səbəblərindən biri orqanların yollarının, selikli qişalarının travması, xroniki xorası, iltihabıdır.Qaynar qəhvə, çay, şorba yeyənlərdə qida borusu, mədə divarının xroniki travmalaşması baş verir.

Bu adamlarda bədxassəli şiş riski artır.Bu prosesi sadə dillə belə izah edim: zədələnmiş toxuma özünü bərpa üçün hüceyrələrin intensiv bölünməsi başlayır, bu da yaş artdıqca həmin hüceyrələrin bədxassəliyə çevrilməsini artırır.İstisna edilmir ki, hansısa məqamda hüceyrələr düzgün bölünməyəcək və şişlərə çevriləcək.Ona görə də xüsusən yaşlı adamların qaynar yemək və çay içməsinin qarşısını alın. Eləcə də bu vərdişi tərgidin.Yeməkləri əlavə olaraq istiotlamayın, turş, acı qidalar yeməyin. Qaynar yeməyi bir qədər soyudub yeyin”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər