Soğan bu gün ən çox istehlak edilən tərəvəz növləri arasındadır. Xüsusilə antioksidant mənbəyi kimi tanınan qırmızı soğan insan sağlamlığı üçün çox faydalıdır.
“Qafqazinfo” xəbər verir ki, qırmızı soğan immunitet sistemini gücləndirmək üçün çox vacib qida mənbəyi hesab olunur.
Qırmızı soğanın ən diqqətçəkən faydası sağlam hüceyrələrə zərər verən maddələri aradan qaldırmasıdır.
Qırmızı soğanda olan kükürd birləşmələri qan təzyiqini aşağı salmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edir.
Bundan əlavə, qırmızı soğanın dəmir mineral tərkibi sarı soğandan daha yüksəkdir.
Qırmızı soğan C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirir, ağciyərləri təmizləyir, dərini günəş şüalarından və qırışlardan qoruyur.
O, həmçinin dəri, saç və dırnaqların keyfiyyətinə fayda verən kükürdün mənbəyidir. Kükürd həmçinin şişlərin böyüməsinə və yayılmasınına maneə törətməklə xərçəng riskini azalda bilir.
Qırmızı soğan dəmir mineralı ilə də zəngindir. Ona görə də qan azlığından əziyyət çəkən insanların qida rasionuna qırmızı soğan əlavə etmələri vacibdir.
Qırmızı soğanda qan şəkərini balanslaşdırmağa kömək edən xrom var.
Bundan əlavə, soğanın tərkibində yağların parçalanmasına kömək edən fermentlər var ki, bu da yeməyin həzmini asanlaşdırır.
Qırmızı soğanın tərkibində olan fol turşusu depressiyadan qoruyur.
Qırmızı soğan yemək xərçəng də daxil olmaqla bir çox təhlükəli xəstəliklərin inkişafının qarşısını alır.
Qırmızı soğan:
1. Antioksidant mənbəyidir.
2. İmmunitet sistemini gücləndirir.
3. Dərinin, saçın, dırnaqların keyfiyyətini yaxşılaşdırır.
4. Qanın təmizlənməsini təmin edir.
5. Həzmi yaxşılaşdırır.
6. Çəki atmağa kömək edir.
7. Sinir sistemini gücləndirir.
8. Qan təzyiqini tənzimləməyə kömək edir.
9.Qanın laxtalanmasının qarşısını alır.
10. Depressiya riskini yüksək dərəcədə azaldır.
11. Bədəni infeksiyalara qarşı qoruyur.
12. Dərinin daha parlaq və canlı görünməsinə kömək edir.
13. Şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda bədəni dəstəkləyir.