İnsanların pəhrizdən imtina səbəbləri AÇIQLANDI
Sağlamlıq
688
12:50, Bu gün

İnsanların pəhrizdən imtina səbəbləri AÇIQLANDI

Arıqlamaq məqsədi ilə pəhriz saxlamaq heç də həmişə arzu olunan kimi nəticələmmir. Mütəxəssislərin fikrincə, illuziya,  kalorilərin hesablanması və maddələr mübadiləsində gedən yanlışlıqlar pəhrizin pozulmasına səbəb olur.

Bu səbəbləri təqdim edirik:

Birinci səbəb: illüziya

Pəhrizlə qısa müddətdə dəyişikliklərə nail olmaq həmişə mümkün deyil.

Sadəcə olaraq, artıq çəki ilə uzun müddət mübarizə aparmağa və nəticələrin dərhal özünü göstərməyəcəyi ehtimalına hazır olun.

Piylənməyə genetik meylinizi, xəstəliklərin mövcudluğunu, fiziki fəaliyyətinizi və vərdişlərinizi nəzərə aldığınızdan əmin olun.

İkinci səbəb: kalorilərin hesablanması

Hətta ən güvənilən hesablama sistemi belə kalorilərin hesablanmasında bəzi səhvlərə yol verə bilir.

Bundan əlavə, qida istehsalçısının məlumatları dəqiq deyil, təxminidir.

Hətta 5 faiz səhv əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.

Üçüncü səbəb: maddələr mübadiləsi

Maddələr mübadiləsini başa düşmək vacibdir. Yaş artdıqca bu proses yavaşlayır və bədən müəyyən bir çəkiyə çatdıqda sabit qalmağa başlayır.

Buna görə yemək vərdişlərinizlə yanaşı həyat tərzinizi də dəyişmək çox vacibdir.

Fiziki fəaliyyətinizi davam etdirsəniz, yeni şəraitə daha tez uyğunlaşa biləcəksiniz. (lent.az)

Link kopyalandı!
Son xəbərlər