Hər 6 saniyədə 1 nəfər bu xəstəlikdən ölür: Azərbaycanda 300 min nəfərdə var
Sağlamlıq
375
12:00, Bu gün

Hər 6 saniyədə 1 nəfər bu xəstəlikdən ölür: Azərbaycanda 300 min nəfərdə var

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada hər 10, Avropada isə hər 11 yetkin insandan 1-i diabetlə mübarizə aparır.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, endokrinologiya və metabolik xəstəliklər üzrə mütəxəssis Cüneyd Anıl Türkiyənin şəkər xəstəliyinin ən çox yayıldığı ölkə olduğunu bildirib.
 
Onun sözlərinə görə, dünyada hər 6 saniyədə 1 nəfər şəkər xəstəliyindən ölür.
 
Həkim qeyd edib ki, həyat tərzindəki dəyişikliklər şəkər xəstəliyinin tezliyini artıran əsas səbəbdir:
 
“Hərəkətsizliyin artması, qidalanma vərdişlərinin dəyişməsi kimi faktorlar 2-ci tip diabetə tutulma riskini artırır. Bundan əlavə, əhalinin artımı və orta ömür uzunluğunun artması kimi demoqrafik dəyişikliklər də diabetin yükünü artırır. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına görə, 2021-ci ildə dünyada şəkərli diabet xəstələrinin sayı 537 milyon olduğu halda, 2045-ci ildə bu rəqəmin 783 milyona çatacağı proqnozlaşdırılır”.
 
Şəkərli diabet pəhrizi məhdudlaşdırıcı pəhriz deyil. Əksinə, sağlam karbohidratlar, meyvə və tərəvəz, tam taxıl, paxlalılar kimi az yağlı qidalarla zəngin qidalanma planıdır. Bundan əlavə, kompleks karbohidratların seçilməsi qan şəkərinin qəfil dəyişməsinin qarşısını alır və uzun müddət toxluq hissi verir.
 
Qeyd edək ki, Azərbaycanda da bu xəstəlik geniş yayılıb. Son statistik məlumatlara görə, ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib.
Link kopyalandı!
Son xəbərlər