Planetin ən yaşlı kişisi vəfat etdi
Sağlamlıq
290
00:20, Bu gün

Planetin ən yaşlı kişisi vəfat etdi

"Con 100 yaşında qocalar evinə köçüb və öz həyat eşqilə hamını heyran edib..."

 
"Mənim hər hansı sirrim yoxdur, başqalarından qətiyyən fərqlənmirəm, gəncliyimdə fəal olmuşam, piyada çox gəzmişəm..."
 
Planetin ən yaşlı kişisi 112 yaşında dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nda məlumat verilib.
 
Planetin ən uzunömürlü sakini Con Alfred Tinnisvud noyabrın 25-də İngiltərədə yaşadığı Sautport qocalar evində dünyasını dəyişib.
"O, həyatının son günündə musiqi və sevgi ilə əhatə olunub. Con həmişə minnətdarlıq etməyi xoşlayıb. Ona görə də onun adından bir çox illər ərzində ona qayğı göstərən hər kəsə, o cümlədən "Hollies Care Home" qocalar evinin qəyyumları, onun həkimləri, tibb bacıları, terapevti və Milli Səhiyyə Xidmətinin digər işçilərinə minnətdarlıq edirik", - ailəsi məlumat verib.
 
Con 26 avqust 1912-ci ildə Liverpulda anadab olub, orada böyüyüb və nəhayət öz həyat yoldaşı Blodvenə rast gəlib. Cütlük rəqs meydançasında tanış olib və sonradan 1942-ci ildə evlənib, bu barədə Con özünün ən xoş xatirələrindən birində danışıb.
 
Bu zaman ikinci dünya savaşı davam edib. Con Kral ordusunun ödənişli korpusunda xidmət edib, orada maliyyə, həmçinin ərzaq təminatının təşkili və arxa cəbhədə ilişib qalan əsgərlərin axtarışı işlərinə cavabdeh olub. 
Müharibədən sonra o, öz karyerasını davam etdirib, "Shell" və BP şirkətlərində mühasib işləyib, sonra 1972-ci ildə 60 yaşında təqaüdə çıxıb. Con 44 il Blodvenlə nikahda olub, 1986-cı ildə həyat yoldaşı dünyasını dəyişib.
 
100-110 yaşında Con hər il doğum günündə özündən 14 il balaca olan Kraliça II Yelizavetadan təbrik açıqçalarını alıb.
 
2024-cü ilin aprelində 111 yaşında o, Venesueladan olan 114 yaşlı Xuan Visente Peres dünyasını dəyişəndən sonra dünyanın ən yaşlı kişisi olub.
 
Hər zaman təvazökar olan Con deyib ki, onun uzunömürlülüyünün heç bir sirri yoxdur, bunu "sadəcə, bəxtinin gətirilməsi" adlandırıb. Con həyatının sonunadək beyin fəallığı ilə seçilib, ola bilsin ki, bu da ona uzun ömür yaşamağa kömək edib.
 
Hər cümə günü o, kartof qızartması ilə balıq yeyib, bundan başqa Con hər-hansı pəhrizə riayət etməyib, "nə veriblər" onu da yediyini etiraf edib. Onun sağlamlığın qorunması üçün başlıca məsləhəti mülayimliyə riayət edilməsidir.
 
"Mənim hər hansı sirrim yoxdur. Mən gəncliyimdə kifayət qədər fəal olmuşam, piyada çox gəzmişəm. Çox yaşadığımın bununla bağlı olduğunu deyə bilmərəm. Mən başqalarından fərqli deyiləm, qətiyyən heç nə ilə fərqlənmirəm", - o, deyib. Onun sözlərinə görə, insan uzun və ya qısa ömür yaşayır, bununla heç nə edə bilməzsən".
Con bütün həyatı boyunca "Liverpul" futbol komandası təsis edildikdən cəmi 20 il sonra onun fanatı olub. O, öz klubunun İngiltərə Kubokunda səkkiz qələbəsini və çempionatda 19 qələbədən 17-nin  şahidi olub.
 
Öz həyatını yaşadığı illərdə dünyanın necə dəyişdiyi barədə suala cavabında Con deyib: "Mənim fikrimcə, dünya o zaman olduğundan daha yaxşı deyil, yaxud, çətin ki, daha yaxşı olsun. Ola bilsin ki, bəzi yerlərdə belə də olub, amma digər yerlərdə daha pis olub. Dünya hərəkət vasitələri, əsasən, təyyarə sayəsində kiçilib. Lakin o zamandan dünyanı xeyli dəyişdirə biləcək başqa heç nəyi xatırlaya bilmirəm. Bu, yalnız mənim fikrimdir. Yerdə qalanların hamısı təxminən eynidir".
 
Onun gənc nəsilə məsləhəti bundan ibarətdir: "Nələrisə öyrənməyinizdən və ya kimlərisə öyrətməyinizdən asılı olmayaraq, bacardıqlarınızı edin. Malik olduqlarınız nə varsa, onları verin. Əks təqdirdə narahat olmağa dəyməz".
 
Ailəsi onun haqqında deyib: "Conun çoxsaylı gözəl keyfiyyətləri olub. O, ağıllı, qətiyyətli, cəsur, istənilən böhranlı vəziyyətlərdə təmkinli olub. O, istedadlı riyaziyyatçı və gözəl həmsöhbət olub. Con özünün 100 illiyinə az qalan zaman "Müqəddəslər" qocalar evinə köçüb, onun xeyirxahlığı və həyat eşqi bu evin personalı və sakinləri üçün ilham mənbəyi olub".
 
Con tarixdə ən yaşlı britaniyalılar arasında dördüncü yerdə qərarlaşıb. Onun özündən sonra qızı, dörd nəvəsi və üç nəticəsi qalıb. Ölümündən sonra dünyanın ən yaşlı sakini titulu Braziliyadan olan 111 yaşlı Xosino Levino Ferreyraya keçməlidir.
Link kopyalandı!
Son xəbərlər