Cəfəri tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və efir yağları sayəsində faydalı bir bitkidir.
“Qafqazinfo” xəbər verir ki, tərkibində A, C, K, B və E vitaminləri və flavonoidlər kimi antioksidanlar var.
Cəfəri immunitet sistemini gücləndirir, sümük və göz sağlamlığını yaxşılaşdırır, böyrəklər, ürək və beyin üçün faydalıdır.
Tərkibindəki yüksək C vitamini immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qoruyur. Cəfəri gözləri qoruyan və sağlam görməni təmin edən karotenoidlərlə zəngindir.
Cəfəri həmçinin antioksidantlarla da zəngindir. Bu antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını ala və immunitet sistemini gücləndirə bilər.
Cəfəri həzm sistemini dəstəkləyən, qəbizliyin qarşısını alan və bağırsaq hərəkətlərini tənzimləyən liflə zəngindir. Cəfəri sidikqovucu təsirə malikdir və böyrəkləri daha çox maye ifraz etməyə təşviq edir.
Cəfərinin tərkibində olan fol turşusu və kalium ürək-damar sağlamlığını dəstəkləyir və qan təzyiqini tənzimləməyə kömək edir. Həmçinin cəfərinin tərkibində olan flavonoidlər və xlorofil kimi komponentlər xərçəngdən qoruya bilən antikanserogen xüsusiyyətlərə malikdir.
Cəfəri dəri sağlamlığını yaxşılaşdırmağa kömək edən A vitamini və C vitamini ehtiva edir. Bu vitaminlər dəri ləkələrini azalda və dərinin elastikliyini artıra bilir.
Cəfəridə bol olan B vitaminləri qarnın aşağı hissəsindəki krampları azaldır və əsəbiliyi aradan qaldırır. Tərkibindəki maqnezium və sink fiziki və zehni stressdən qurtulmağa kömək edir.
Bundan əlavə, K vitamini və dəmirlə zəngin olan cəfəri orqanizmdən toksinlərin çıxarılmasına kömək edir və qanı təmizləyir. Qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə də kömək edir.
Cəfəri aşağı kalorisi və yüksək lif tərkibi ilə çəkini idarə etməyə yardımçı olur.