Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO
Sağlamlıq
1521
20 Sep 2024 | 16:24

Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir.
 
An elderly man sits in a medical setting while a nurse prepares to take his blood. Another staff member is at a counter.A healthcare worker is drawing blood from an elderly man in a medical setting, while another staff member is writing notes.A healthcare professional in gloves holds a syringe, preparing for a procedure, with medical equipment in the background.A medical setting with healthcare professionals attending to a patient. Equipment and supplies are visible in the background.
 
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir sentyabrın 20-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərilib. İnstrumental-diaqnostik müayinələr İnstitutun xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən klinikalar modul avadanlıq konsepsiyası sayəsində mobil təcrübə müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Belə ki, bu klinikalar ucqar ərazilərdə yaşayan əhali üçün müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilir.
 
Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib. Həmçinin, vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.
 
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
 
A group of children in school uniforms is lined up in a gymnasium, with adults supervising and a registration table in the background.A healthcare professional examines a child's back with a stethoscope in a gymnasium setting, with other medical staff in the background.A healthcare professional in blue scrubs is drawing blood from a patient with curly hair in a medical setting.A mobile clinic is parked, with a girl using a camera on a tripod and two men in lab coats observing.
 
Aksiya zamanı 280-ə yaxın Zəngilan sakini müayinələrdən keçib.
 
Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
a group of people sitting at a table in a room with a screenA woman in a white coat and mask sits at a table with an Azerbaijani flag, talking to another woman in a white blouse.A health event in a gymnasium with medical staff assisting individuals at tables, while a cameraman records the activities.
Link kopyalandı!
Son xəbərlər