Dietoloq balı şəkərin sağlam alternativi hesab etmir – SƏBƏB
1521
15 Aug 2024 | 20:10

Dietoloq balı şəkərin sağlam alternativi hesab etmir – SƏBƏB

“Balın qızdırılması arzuolunmazdır. Çünki bütün faydalı xüsusiyyətlərini itirir”.

Bunu rusiyalı diyetoloq Elena Solomatina RT ilə söhbətində deyib.O, bildirib ki, bal, ilk növbədə, təbii olmalıdır.

Təbii balın tərkibində vitaminlər, mikro və makroelementlər və bir sıra üzvi turşular var. Amma onu da qeyd etmək lazımdır ki, tərkibində kifayət qədər miqdarda şəkər mövcuddur ki, bu da onu alternativ etmir.

Bundan əlavə, həkim faydalı xüsusiyyətlərini itirməmək üçün onu qızdırmamağı və ya isti çay və ya çörək məhsullarına qatmamağı tövsiyə edib.

 

Foodinfo.az

Link kopyalandı!
Son xəbərlər