Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - Nazirlikdən açıqlama
Sağlamlıq
1503
15 Aug 2024 | 14:52

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - Nazirlikdən açıqlama

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
 
Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.
 
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
 
Link kopyalandı!
Son xəbərlər