Əliheydər Kazımov: “Ağız boşluğu və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir” - MÜSAHİBƏ
Sağlamlıq
Oxunub: 1966
01 Jul 2024 | 11:24
Əliheydər Kazımov: “Ağız boşluğu və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir” - MÜSAHİBƏ
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımovun müsahibəsini təqdim edirik:
 
- Bildiyiniz kimi, isti yay aylarında vətəndaşların sərin içki və soyuq yeməklərdən istifadə halları daha çox olur. Əliheydər müəllim, bu, ağız boşluğunda hansı narahatlıqlara səbəb ola bilər?
 
- İlk öncə qeyd etmək istəyirəm ki, sərin içki və soyuq qidaların qəbulu zamanı ağız boşluğunda termiki qıcıqlar baş verir. Termiki qıcıqlardan sonra isə ağız boşluğunda, diş ətində və dişlərdə müəyyən narahatçılıqlar yaranır, həmçinin diş ətinin qızarması, şişməsi və qıcıqlanması müşahidə olunur.
 
Yay aylarında əksər hallarda termiki qıcıqlar soyuq-isti maddələrin qarışığından baş verir. Bu isə, dişlərin sinirlərində ciddi problemlərə yol açır. Bununla yanaşı, damaqlarda problemlər meydana gəlir. Dəfələrlə təkrarlandıqda isə xroniki hala çevrilir və ağız boşluğunda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
 
Yay aylarında sərin içkilərin qəbulu parodont kimi stomatoloji xəstəliyin yaranmasına səbəb ola bilər. Parodont toxumalarına diş əti, diş, periodont, diş kökü sementi və alveol sümüyü aiddir. Parodont toxumaları vahid bir sistem təşkil edir. Bu sistem dişlərin sümükdə möhkəmliyini təmin edir və çeynəmə təzyiqini nizamlayır.
 
Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə, parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyədönməz proseslər meydana gətirə bilirlər. Bununla da, dişlərin laxlaması və nəticədə itirilməsi baş verir.
 
Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə, asan və effektiv şəkildə müalicə oluna bilirlər.
 
- Doktor, bilmək istərdik ki, diş ətində şişkinlik və qızartıların yaranma səbəbləri nələrdir?
 
- Diş əti iltihabı və ya gingivit dişlərin ətrafındakı yumşaq toxumaların iltihabıdır. Bu vəziyyət diş ətinin qızartı, şişməsi və qanaması ilə özünü göstərir. Gingivit ən çox dişlər kifayət qədər təmizlənmədikdə baş verir. Eyni zamanda, diş daşları olduğu zaman insanın diş ətində gingivit yaranır. Diş əti iltihabının səbəbləri arasında ağız gigiyenasının pozulması, tütünçəkmə, hormonal dəyişikliklər, genetik meyl, stres, zəif qidalanma, immunitet sistemi problemləri ola bilər.
 
Gingivit vaxtında müalicə olunmazsa, daha ciddi diş əti xəstəliklərinə və ya hətta diş itkisinə səbəb ola bilər.
 
- Bu şişkinlik və qızartının qarşısını necə almaq olar?
 
- İltihabi prosesi dayandırmaq üçün onun yaranmasının əsas səbəbini - yumşaq və sərt diş ərpinin aradan qaldırmaq lazımdır. Adi diş fırçası ilə diş üzərindəki yığılan ərp və daşlar çıxarıla bilməz. Buna görə də, diş daşlarının təmizlənməsi üçün mütəmadi şəkildə stomatoloqa müraciət etmək tövsiyə olunur.
 
Bundan əlavə, diş ətlərinin sağlam qalması üçün gündəlik fırçalama, diş ipi, diş həkimi tərəfindən mütəmadi müayinələr və siqaretdən imtina kimi profilaktik tədbirlər görülməlidir.
 
- Diş daşları insan sağlamlığı üçün hər hansısa təhlükə törədə bilərmi?
 
- Qeyd edim ki, diş daşları olduğu zaman insanın diş ətində gingivit kimi stomatoloji xəstəlik yaranır. Burada dişlərin təmizlənməsi və ya diş həkimi tərəfindən aparılan diş ətinin müalicəsi ilə başlayır. Diş əti iltihabı müalicə olunmazsa, daha ciddi diş əti xəstəliklərinə və ya hətta diş itkisinə səbəb ola bilər. Elmi araşdırmalar gingivitin ürək xəstəliyi, diabet və digər sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərilib. Nəticədə diş əti iltihabı ciddi bir problemdir və mütəmadi olaraq diş həkimi ilə məsləhətləşmək və ağız gigiyenasına riayət etmək vacibdir.
 
- Gingivit hamilə qadınlar üçün də zərərlidirmi?
 
- Gingivit hamilə qadınlara da zərər verə bilər, çünki bu vəziyyət aşağı çəki və ya erkən doğuş olan körpələrin olma riski ola bilər. Bu səbəbdən hamilə qadınların diş sağlamlığına diqqət yetirməsi və mütəmadi olaraq diş həkiminə müraciət etməsi vacibdir.
 
- Parodont xəstəliklərinin müalicəsi necə aparılır?
 
- Parodont xəstəliklərinin müalicəsi xəstəliyi törədən səbəblərin aradan qaldırılması ilə başlayır. Əgər düzgün qoyulmayan plomblar, düzgün hazırlanmayan qapaqlar, körpüyəbənzər protezlər və ortodontik aparatlar varsa, bu zaman onlar yenisi ilə əvəz olunmalıdır. Eyni zamanda, ağız gigiyenası korreksiya edilməli və diş daşları təmizlənməlidir. Ağır hallarda yerli iltihab əleyhinə müalicə, parodontal ciblərin açıq və ya qapalı kuretajiı həyata keçirilir. Yerli müalicə prosesində parodontal ciblərə daxil edilən dərman preparatları tez bir zamanda yuyularaq, oradan çıxır. Bu da dərmanların terapevtik təsirini azaldır. Buna görə də, parodontal sarğılardan istifadə olunur. Parodontal sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə uzun müddət qalaraq, təsir göstərməsini təmin edir.
 
Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir. Parodontitin profilaktikasının əsas üsulu ağız boşluğunun fərdi gigiyenasıdır. Buna dişlərin düzgün, mütəmadi olaraq təmizlənməsi, keyfiyyətli diş fırçaları və məcunların istifadəsi və s. aiddir.
 
- Ağız boşluğunda yaranan problemlərin aradan götürülməsi üçün fizioterapiyadan istifadə olunurmu?
 
- Parodontit, parodontoz və gingivit kimi stomatoloji xəstəliklər zamanı fizioterapiya geniş istifadə olunur. Bu halda müxtəlif dərmanların elektroforezi, darsonvalizasiyası, lazer müalicəsi aparılır. Prosedur steril və ağrısız vəziyyətdə icra olunur.
 
Bundan əlavə, stomatologiyada fiziki müalicə fizioterapiya iltihabəleyhinə, ağrıkəsici, hiposensibilizəedici təsiri artırmaq (diş həssaslığını aradan qaldırmaq), deminerilizasiya prosesini dayandırmaq (kövrək dişlərdə), mikrosirkulyasiyanı yaxşılaşdırmaq, damar tonusunu normallaşdırmaq, venoz durğunluğunu aradan qaldırmaq, trofikanı yaxşılaşdırmaq, toxuma rezistentliyini qaldırmaq üçün istifadə olunur.
 
Sonda qeyd etmək istəyirəm ki, ağız boşluğun və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir və həyat keyfiyyətinin vacib komponenti kimi qəbul edilir. Buna görə də, sağlamlığınız üçün mütəmadi olaraq diş həkiminə müraciət etmək, siqaret çəkməmək və sağlam qidalanma kimi qaydalara riayət etmək vacibdir.
 
Oxşar xəbərlər
10:55, Bu gün
Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb
10:50, Bu gün
BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş
10:47, Bu gün
Geni dəyişdirilmiş daha bir qidaya icazə verildi
10:45, Bu gün
Dədə Qorqudlu dünyamız...
10:43, Bu gün
Qonşu Respublikada  niqab qadağan olundu
10:36, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
10:32, Bu gün
Nazir Cəmil Kamillini rəis təyin etdi
10:24, Bu gün
Baş nazirdən taksi sürücüsü olmaq istəyənlər barədə QƏRAR 
10:23, Bu gün
“Yükdaşıma qaydalarını pozan sürücülər 40 manat cərimə oluna bilərlər”-ARAŞDIRMA+ÖZƏL
10:18, Bu gün
"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
10:09, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ: Saat 10-dan...
10:07, Bu gün
“Köhnə deputatlardan neçə faizi yerində qalacaq?..”- Analitik şərh edir...
10:06, Bu gün
DİQQƏTLİ OLUN! Bu əlamətlər varsa TELEFONUNUZ İZLƏNİLİR
09:59, Bu gün
Mənzil bazarında kəskin bahalaşma-100 000 manata köhnə tikililər indi... VİDEO
09:57, Bu gün
Hotel binalarında fantastik qiymətə mənzil alanların sayı artıb
09:49, Bu gün
Südlü çay içmək ziyandır?
09:38, Bu gün
Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır
09:33, Bu gün
Dəmiryol nəqliyyatında DƏYİŞİKLİK 
09:31, Bu gün
Əli Əsədov qərar imzaladı
09:29, Bu gün
Rəqabət Məcəlləsi qüvvəyə mindi - sonra?..
09:29, Bu gün
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bəyanatla çıxış edib
09:21, Bu gün
Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
09:16, Bu gün
Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?
09:08, Bu gün
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
09:00, Bu gün
Qarpızın yaxşısını süni intellektin köməyi ilə seçdi: maraqlı GÖRÜNTÜLƏR
08:44, Bu gün
Nazirlik "Norm"u məhkəməyə verdi
08:42, Bu gün
Azərbaycan mobil internetə qoşulma üzrə Gürcüstan hətta viran qoyulmuş Ukraynadan da geridədir... 
08:28, Bu gün
Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır - VİDEO
08:17, Bu gün
"Oskar"lı rejissor vəfat etdi
08:10, Bu gün
İyulda bürclər üçün ən xoşbəxt gün hansı olacaq? - PROQNOZ
08:00, Bu gün
Paltar yuyulanda niyə duz tökülür? – Evdar qadınların çoxu bilmir
07:55, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
07:44, Bu gün
Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır
07:32, Bu gün
Beyləqanda yol qəzasında iki nəfər ölüb, beş nəfər xəsarət alıb
07:21, Bu gün
Şəhəri bir-birinə qatan xanım sürücü: "Day-dayım var"
07:11, Bu gün
"Ukrayna Afrika və Suriyada da Rusiyaya qarşı döyüşür..."- "The Hill”-VİDEO
07:11, Bu gün
Məktəblər noyabrda 1 aylıq tətil edəcək? - AÇIQLAMA
07:00, Bu gün
Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...
06:51, Bu gün
Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz - VİDEO
06:50, Bu gün
Tramp prezident olsa, Ukraynanın bir hissəsini Putinə təhvil verəcək...-"POLİTİCO"
06:42, Bu gün
Səni niyə sevirlər? - Psixoloji TEST
06:36, Bu gün
Valideynlər narkomaniyaya düçar olan övladını NECƏ TANISIN?-VİDEO
06:27, Bu gün
Ərdoğan Türkiyə millisi BELƏ TƏBRİK ETDİ
06:19, Bu gün
“Telegram”-da problemlər yarandı
00:54, Bu gün
AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - YENİLƏNİB - 6
00:11, Bu gün
Bakıda güclü yanğın: Bir-birinə bitişik obyektlər külə döndülər
02 Jul 2024 | 23:59
Gəmiqayırma zavodunda YANĞIN
02 Jul 2024 | 23:55
Azərbaycanlı güləşçi Avropa üçüncüsü oldu
02 Jul 2024 | 23:44
ABŞ-ın ən yaşlı sakini uzunömürlülüyün sirlərini açıqladı
02 Jul 2024 | 23:17
AVRO-2024: Türkiyə Avstriya qarşısında 1-ci dəqiqədə hesabı açıb - YENİLƏNİB
02 Jul 2024 | 22:50
Ronaldo şansını qaçıran oyunçuların siyahısına başçılıq edir
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 22:33
Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxdı
02 Jul 2024 | 22:32
Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb
02 Jul 2024 | 22:31
Almaniyanın xarici işlər naziri öz partiyasının qadağasını pozdu
02 Jul 2024 | 21:46
"Azərbaycan polisi peşəkarlığına görə Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir"
02 Jul 2024 | 21:42
Zelenskinin ofisi: Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib
02 Jul 2024 | 21:35
"İsrail "Hizbullah" ilə müharibəyə başlaya bilər, dəqiq tarix müəyyən edilib" - "Bild"
02 Jul 2024 | 21:32
Rusiyaya nüvə zərbəsi endirməyə çağıran senator Ermənistana gedir
02 Jul 2024 | 21:31
Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
02 Jul 2024 | 21:14
“Bundan sonrakı hədəflərimizə tanklarlmızla deyil, nüfuzumuzla nail olacağıq”
02 Jul 2024 | 21:13
Qadını 40 yaşdan sonra qoca göstərən rənglər açıqlandı - Onlardan imtina edin
02 Jul 2024 | 20:46
Çimərlik ərazisinə girib yük maşınlarını dənizdə sürdülər - VİDEO
02 Jul 2024 | 20:43
Füzuli və Xocavəndə mediatur: Böyük layihələr necə icra olunur?
02 Jul 2024 | 20:39
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
02 Jul 2024 | 20:36
Təyyarədə internetdən istifadə edənlərə XƏBƏRDARLIQ
02 Jul 2024 | 20:26
Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir?
02 Jul 2024 | 20:15
“Zəngilan” tankerinin ölkə üçün ƏHƏMİYYƏTİ- EKSPERT AÇIQLADI
02 Jul 2024 | 20:06
"ABŞ Ukraynanın gələcəyini necə görür?" - Blinken
02 Jul 2024 | 20:05
Sadəcə şokolad yeməklə necə arıqlamaq olar?
02 Jul 2024 | 19:55
Nəvələrə baxan nənə və babalara pul veriləcək
02 Jul 2024 | 19:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
02 Jul 2024 | 19:41
Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə
02 Jul 2024 | 19:25
Qarabağ Universitetində prorektor olmaq istəyənlərin NƏZƏRİNƏ
02 Jul 2024 | 19:18
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
02 Jul 2024 | 19:13
53 yaşlı kişi özünü öldürdü
02 Jul 2024 | 19:05
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
02 Jul 2024 | 18:53
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
02 Jul 2024 | 18:45
Göbələklər insanlığın sonunu gətirəcək
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 18:28
YAP İdarə Heyəti sabah toplanır - Seçkilərlə bağlı qərarlar veriləcək
02 Jul 2024 | 18:25
UEFA Türkiyə və Gürcüstanı cərimələdi
02 Jul 2024 | 18:23
Bakıda Rinoloqlarının II Beynəlxalq Konqresi
02 Jul 2024 | 18:22
Bakıda bu küçə təmir olunur
02 Jul 2024 | 18:20
Həmid Həmidovla "Danışaq?": Sənubər İsgəndərli teatr intriqaları və aktyor maaşı haqqında - VİDEO
02 Jul 2024 | 18:15
Metroda qadınların davası
02 Jul 2024 | 18:08
Qarabağ Universiteti prorektorlar AXTARIR
02 Jul 2024 | 18:03
Barda tanış olduğu qadını 35 manata görə öldürdü - HÖKM + VİDEO
02 Jul 2024 | 17:59
Səidəni bu geyiminə görə efirə buraxmadılar - FOTO
02 Jul 2024 | 17:56
Xalq artisti: “Evin kişisi yoxdursa...” - FOTO
02 Jul 2024 | 17:52
UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib - FOTO
02 Jul 2024 | 17:47
ADNSU ilə Azərbaycan Tibb Universiteti arasında memorandum imzalandı - FOTOLAR
02 Jul 2024 | 17:45
Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - FOTO
02 Jul 2024 | 17:43
Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib
02 Jul 2024 | 17:40
Putinin çoxdankı silahdaşı Zelenski ilə görüşmək üçün Kiyevə gəlib
02 Jul 2024 | 17:35
Bakının bu küçəsində avtobus zolağı təşkil edilib - FOTO
02 Jul 2024 | 17:32
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
02 Jul 2024 | 17:30
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
02 Jul 2024 | 17:25
Bəzi seçki məntəqələrinin hüdudlarına dəyişiklik ediləcək
GÜNLÜK
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 11:53
"Camaatın ərini əlindən alıb, evi göstərib acıq verir" - VİDEO
02 Jul 2024 | 11:35
Afət Fərmanqızının əri GÖRÜN KİMDİR? - VİDEO
02 Jul 2024 | 11:40
İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi - YENİLƏNİB + FOTO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 11:57
“Ən böyük arzularımdan biri Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaqdır”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
AYLIQ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 11:53
"Camaatın ərini əlindən alıb, evi göstərib acıq verir" - VİDEO
02 Jul 2024 | 11:35
Afət Fərmanqızının əri GÖRÜN KİMDİR? - VİDEO
02 Jul 2024 | 11:40
İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi - YENİLƏNİB + FOTO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 11:57
“Ən böyük arzularımdan biri Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaqdır”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”