Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
Sağlamlıq
2388
28 Apr 2024 | 16:15

Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR

2-ci tip diabetin müalicəsində istifadə edilən və bəzən həkimlər tərəfindən arıqlamaq üçün təyin edilən “Ozempic” dərmanının qida asılılığı ilə mübarizə aparmaqdan da artıq əhəmiyyəti sübuta yetirilib.
 
İnternet istifadəçiləri “DailyMail”ə bildiriblər ki, “Ozempic” qəbul etməyə başlayandan sonra spirtli içki içmək və qumar oynamaq həvəslərini itiriblər.
 
Dərman mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olmaqla və qaraciyərdə qlükaqon hormonunun istehsalını azaltmaqla işləyir. İştahı yatırır və mədəni ləngidir, beləliklə siz daha uzun müddət toxluq hiss edirsiniz. Mədəaltı vəzinin insulin istehsal etməsinə kömək etdiyi üçün “Ozempic” 2 tip diabetli insanlara tövsiyə edilir. Dərman müəyyən hormonal xəstəliklərin müalicəsində də təsirli ola bilər.
 
“DailyMail”in keçirdiyi sorğunun iştirakçılarından biri olan amerikalı Karen Ramirez “Ozempic”i polikistik yumurtalıq sindromu ilə əlaqədar qəbul edib. Bu xəstəlik yumurtalıqların həddindən artıq miqdarda kişi cinsi hormonları istehsal etməsinə səbəb olur. Qadın onu qəbul etməyə başladıqdan bir neçə ay sonra alkoqoldan nifrət etdiyini deyib. Eyni təsiri bir neçə anonim şəxs qeyd edib. Bəzi iştirakçıların sözlərinə görə, bu dərman alkoqolizmdən əziyyət çəkən insanlara kömək edə bilər.
Link kopyalandı!
Son xəbərlər