Bu mahnılar stress səviyyəsini azaldır
1823
14 Apr 2024 | 18:58

Bu mahnılar stress səviyyəsini azaldır

Rəqəmsal sağlamlıq platforması tərəfindən insanların musiqi seçimləri ilə bağlı aparılan araşdırma, hansı musiqi növlərinin stressi azaltdığını üzə çıxarıb.
 
Tədqiqatçılar “Spotify”da pleylistlərə əlavə edilən həkim ofisi və ya stomatoloqun kabinetinin gözləmə otağı terminlərinin daxil olduğu 59 363 mahnını təhlil ediblər. Bundan əlavə, 1002 amerikalının musiqi seçimləri və sağlamlıq vərdişləri ilə bağlı sorğu keçirilib.
 
İştirakçılardan həkim otağında hansı musiqi növlərini daha çox rahatlaşdıran və stresli hesab etdikləri, eləcə də tibbi şəraitdə hansı musiqi növlərini daha çox eşitdikləri soruşulub. Onlardan, həmçinin pleylistlərindəki mahnıları bir-bir göstərmələri və gözləmə zalında eşitmək istədikləri mahnıları seçmələri xahiş olunub.
 
"Don't Stop Believin'" mahnısı birinci, Nelly Furtadonun "I'm Like A Bird" və TOTO-nun "Africa" mahnısı ikinci yerdə qərarlaşıb.
Sorğuda iştirak edənlərin yarısı (təxminən 500 nəfər) gözləmə zalında dinləmək üçün ən yaxşı musiqi növünün klassik musiqi olduğunu bildirib.
 
Klassik musiqi həkim otağında ağrı ilə ən çox əlaqəli janr, kantri musiqisi isə narahatlıqla ən çox əlaqəli janr olub. Caz musiqisi ən qısa gözləmə müddətləri ilə, kantri musiqisi isə ən uzun gözləmə müddətləri ilə əlaqələndirilib.
 
Metal, hip-hop/rap və gospel insanların stresli mühitdə ən az eşitmək istədikləri janrlar olaraq müəyyənləşib.
 
2015-ci ildə "Lancet"də nəşr olunan başqa bir araşdırma əməliyyatdan əvvəl, əməliyyat zamanı və ya əməliyyatdan sonra musiqi dinləyən təxminən 7000 xəstəni əhatə edən 72 tədqiqatın nəticələrini araşdırıb.
 
Brunel Universiteti və London Kraliça Meri Universitetinin tədqiqatçıları öz nəticələrində musiqi dinləyən xəstələrin əməliyyatdan sonra daha az narahat olduqlarını və daha az ağrıkəsici dərmana ehtiyac duyduqlarını aşkar ediblər.
 
Əməliyyatdan əvvəl sevimli mahnılarını dinləyənlərə musiqinin təsiri daha çox olsa da, əməliyyatdan sonra da bu üsul işə yarayıb. Bəzi insanlar yalnız əməliyyat zamanı musiqi çalınsa belə, əməliyyatdan sonra daha az ağrı hiss ediblər.
Link kopyalandı!
Son xəbərlər