Apteklər çoxalır, əczaçıların sayı isə azalır - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
“İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”
Bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb.
Ekspert qeyd edib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yarada bilər.