Kimlərə səhər yumurta yemək olmaz?
Sağlamlıq
3523
03 Apr 2024 | 09:04

Kimlərə səhər yumurta yemək olmaz?

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını pozur.
 
Rusiyalı endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəlikləri ilə gündəlik yumurta qəbulunun əlaqəsi olduğunu bildirib. Sağlam ürək-damar sistemi üçün qanda xolesterinin miqdarı 5,2 mmol olmalıdır. Ondan yüksək riskdir. İdealda lipid profili (qan zərdabında müxtəlif yağ fraksiyalarının balansı) yoxlamalı, nəzarətdə saxlayıb ona görə qidalanmanı seçmək lazımdır. Məsələn, xolesterini və qanda yağlılığı çox olan insanlar səhərlər yumurta, qayğanaq yeməsələr yaxşıdır. Onlar yumurtanı müxtəlif salatlarda həftədə 1-2 dəfə yeyə bilərlər.
 
Adətən bu xəstələr təzyiq, ürək və şəkər xəstələri olur.
Link kopyalandı!
Son xəbərlər