KTM: “Ötən ay zəhərlənmədən altı nəfər ölüb”
Sağlamlıq
2151
02 Nov 2023 | 12:38

KTM: “Ötən ay zəhərlənmədən altı nəfər ölüb”

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.
 
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.
 
Qəbul olunan xəstələrdən 64-ü dərmandan, 24-ü sirkə turşusundan, 8-i göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.
 
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin, onlardan 3 nəfərini ilan sancıb.
 
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər