23:43
11°C
Bakı
Moderator.az Haber Global-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada meymun çiçəyi virusuna yoluxma hallarının 90 mindən çox olduğunu açıqlayıb. Açıqlamada virusun 156 nəfərin ölümünə səbəb olduğu da bildirilib.
Dünyada minlərlə insan meymun çiçəyi virusuna yoluxub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında 2 həftə əvvəl COVİD-19-un uzunmüddətli idarə olunması ilə bağlı daimi tövsiyələr dərc etdiklərini və bu virusun qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini söyləyib.