Azərbaycanda son 1 həftə ərzində (17-23 iyul) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 21 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 17 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 1 olub.
İndiyədək ölkədə ümumilikdə 832 004 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 690 nəfər müalicə olunaraq sağalıb, hazırda 25 aktiv xəstə var. Bu günə qədər 10 289 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 447, bu günə qədər isə ümumilikdə 7 658 752 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 227 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 275 olub.