Zlatan İbrahimoviçin oğlu “Ayaks” klubuna keçir
339
11 Jan 2026 | 12:19

Zlatan İbrahimoviçin oğlu “Ayaks” klubuna keçir

İtaliyanın “Milan” komandasının futbolçusu Maksimilian İbrahimoviç karyerasını Niderland çempionatında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
 

Onun sözlərinə görə, 19 yaşlı hücumçu “Ayaks”la anlaşıb. Amsterdam təmsilçisi gənc forvardı cari mövsümün sonunadək icarəyə götürməklə bağlı “Milan”la razılığa gəlib.


Müqaviləyə mövsümün sonunda birdəfəlik satınalma bəndi də salınıb.

Qeyd edək ki, Maksimilian İbrahimoviç İsveç futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviçin oğludur.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər