"Bu qarışıq neqativ enerjini aradan qaldırır və hətta gözdəymədən qoruyur..."
"Bu qarışıq orqanizmin immun sistemini tənzimləyir və sizə qışı ağrısız keçirməyə kömək edəcək..."
"Limonla sarımsağın qarışığı ürək-damar xəstəlikləri və şəkərli diabetdən xilas edir..."
Siz nə zamansa limon şirəsinə sarımsaq əlavə etməyi sınaqdan keçirmisiniz?
Bu iki möcüzəli təsirə malik məhsulu birləşdirsək, onların sağlamlıq üçün faydası ikiqat artacaq.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "En Son Haber" nəşri yazıb.
Tez-tez həm mətbəxdə, həm kulinariyada, həm də təmizləyici vasitə kimi istifadə etdyimiz limon çoxsaylı faydalı maddələrlə zəngin olan məhsullara aiddir.
Sitrus bitkisinin məhsulu soyuqdəyməni tez müalicə edir, ona görə də limon və onun şirəsi qış aylarında sağlamlığa dəstək üçün sizin ən yaxşı köməkçiniz olacaq.
Limon həmçinin səhər yorğunluğunu aradan qaldırır və revmatik ağrıları yüngülləşdirir.
Limon şirəsi ilə sirkənin qarışığı neqativ enerjidən xilas edir və hətta gözdəymədən qoruyur.
Həm də limonla sirkənin qarışığı insanlara bəzi xəstəliklərin müalicəsində kömək edir.
Limon və onun şirəsi qəbizliyi aradan götürür, arterial təzyiqi normallaşdırır və qara ciyəri təmizləyir, həmçinin onu sarımsaqla da birgə istifadə etmək olar.
Bu heç də az faydalı olmayan məhsulun çoxsaylı xeyirli xassələri var ki, saçların, dırnaqların və reproduktiv orqanların sağlamlığına dəstək verir, xərşəngdən qoruyur, çəkiyə nəzarət edir, həmçinin ürək-damar xəstəlikləri və şəkərli diabetdən xilas edir.
Bu iki məhsuldan birgə istifadə edilməsi orqanizmə çox gözəl təsir edir və bütün mənalarda onu qoruyur.
Beləliklə, limon şirəsi ilə sarımaq damarların iltihabını müalicə edir. Bundan başqa, tutulmuş damarları açır, aterosklerozun və hipertoniyanın qarşısı alır.
Bu qarışıq artıq çəkidən xilas edir, qanda şəkərin miqdrını nizamlayır, mədəaltı vəzin regenerasiyasını təmin edir.
Bundan başqa, xolesterin və lipidlərin miqdarını azaldır, zərərli yağların yanmasına kömək edir, bu da çəkinin azalmasına gətirib çıxarır.
Bu qarışıq böyrəklərdə və öd kisəsində daşları əridir, həmçinin orqanizmdə ödemlərdə müalicəvi təsir edir.
Həmçinin artritlərdə və oynaq ağrılarında faydalıdır.
Bu qarışıq orqanizmin immun sistemini tənzimləyir və sizə qışı ağrısız keçirməyə kömək edəcək.
Hazırlanması
Bir neçı limonu sıxın və şüşə qabı doldurun. Əvvəlcədən yumadan 40 orta ölçülü təmizlənmiş sarımsaq dişciklərini əzin. Limon şirəsinə əlavə edin və şüşəni sıx bağlayın.
Bu qarışığı soyuq yerdə 25 gün ərzində saxlayın və hər gün bir neçə dəfə çalxalayın.
Bu qarışığı hər səhər yeməyindən öncə çay stəkanının yarısı qədər 25 gün ərzində için.