B qrup vitamini çatışmadığını göstərən 6 əlamət – Nə etməli?
Sağlamlıq
1326
26 Apr 2021 | 19:02

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət – Nə etməli?

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri B 12 insan DNT-nin istehsalında, qan sistemi və sağlam sinir hüceyrələnin yaranmasında iştirak edir. Təsəvvür edin, təkcə B 12 çatışmaması nələrə səbəb ola bilər.
 
Sutkalıq normal miqdarda B qrup vitamini qida ilə qəbul etmədikdə orqan və sistemlərdə problemlər baş qaldırır.
 
Moderator.az medicina.az-a istinadən B qrup vitamini çatışmamasının əsas əlamətlərini təqdim edir. Əminik ki, əksəriyyətinizdə bu defisit var.
- Ayaqlar, əllər, qollarda uyuşma, qıcolma, tikanbatma, keyimə hissi
 
Bu o deməkdir, yeni sinir hüceyrələrinin bərpası üçün B qrup vitamini çatmır, sinirlər müdafiəsiz qalıb.
 
- Yorğunluq, halsızlıq – B qrup çatışmadıqda insan daim həmişə yorğun olur. Belə adamlarda gizli anemiya da yaranır.
 
- Bənizin, üz dərisinin ağarması, bozarması
 
Sarı təhər, torpaq rəngi, bozumtul dəri rəngi dərinin kifayət qədər oksigen almamasına işarədir.
 
- Depressiya
 
B qrup bütün sinir sistemi və qan dövranına lazım olduğu üçün neyronlarla bağlı istənilən problem beynin işini pozur.
 
- Yaddaşsızlıq, huşsuzluq
 
Beyində normal metobolik proseslərin getməsi üçün B qrup vitamin mütləqdir. Onun çatışmaması demensiya, Alsgeymer və s. xəstəlikləri yaradır. Dünən yediyini bu gün yaddan çıxaranlar, qanda B 12 vitaminini yoxlatsın.
 
- 50 yaşdan yuxarı olmaq
 
Zamanla insan yaşlaşdıqca B qrup vitamini azalır, ona kəskin ehtiyac yaranır. Ona görə 50 yaşdan sonra mütləq B qrup vitamini qəbul edin.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər