Böyrəkdə daş yaradan YEMƏKLƏR -
Sağlamlıq
2796
20 Mar 2021 | 09:09

Böyrəkdə daş yaradan YEMƏKLƏR - "QARA" SİYAHI...

Gündəlik qəbul olunan qidalar orqanizmdə fərqli təsirlər göstərir. Son elmi araşdırmalara görə, bəzi qidalar böyrəklərdə daş əmələ gətirir.
 
Bu qidaların siyahısını təqdim edir:
 
Böyrək daşı-böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrək daşı xəstəliyi – maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulmasından baş verir.
 
Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Qidalar orqanizmə həddindən çox daxil olduqda, ya da bədəndə yaranan maddələrin qandakı səviyyəsi çoxaldıqda böyrəklərin süzmə qabiliyyəti zəifləyir. Qida vasitəsilə orqanizmimizə daxil olan kimyəvi maddələr çoxaldıqca böyrəkdə duz kristallaşması olur. Kalsium, oksalat və sidik turşusu kristallaşır və nəticdə daşlar yaranır.
 
Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır:
 
- böyrək sancısı, hematuriya, piuriya, kiçik daşların öz-özünə düşməsi.
 
Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir.
 
 
Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur.
 
Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir.
 
Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğru yayılır.
 
Böyrəkdə daşa səbəb olan qidalar:
 
- Qırmızı ət, qızardılmış mal əti
 
- Qəhvə, kapuçino
 
- Qazlı, şirəli içkilər
 
- Duz. şoraba
 
- Süd məhsulları
 
- Sümük suyu
 
- Balıq və dəniz məhsulları
 
 
Qidalanmaya diqqət edərək, daş yaranmasının qarşısını almaq olarmı?
 
-Bol-bol maye qəbul edin: gün ərzində 2,5 litrə yaxın su için.
 
-Sudan başqa limonad, portağal suyu, qreyfrut şirəsi kimi C vitamini olan meyvə suları daş yaranmasını əngəlləyir. Təzə çəkilmiş meyvə şirələrinə üstünlük verin.
 
- Konservləşdirilimiş meyvə şirələri isə tam əksinə daşların yaranmasına təkan verir. - Alma lifli meyvə olduğu üçün böyrəyin süzmə qabiliyyətinin yaxşılaşmasına kömək edir.
 
- Probiotik qida olan qatıq da böyrək üçün olduqca faydalıdır.
 
Yüksək lifli balqabaq müsbət təsir edir. Böyrək daşı müalicəsi ərəfəsində orqanizmdən daşların çıxarılmasına kömək edir.
Link kopyalandı!
Son xəbərlər