Uzunömürlülüyün sirri genlərdə, yoxsa qatıqda gizlənir? 117 yaşlı qadının hekayəsi
Sağlamlıq
2174
28 Oct 2026 | 13:57

Uzunömürlülüyün sirri genlərdə, yoxsa qatıqda gizlənir? 117 yaşlı qadının hekayəsi

Dünyanın ən uzunömürlü insanlarından biri olan ispaniyalı Mariya Branyas Moreranın hüceyrələrinin bioloji yaşının həqiqi yaşından təxminən 20 il az olduğu müəyyən edilib. Alimlər onun uzunömürlülüyünün sirrini araşdırıblar.

Moderator.az “Onet.pl” nəşrinə istinadla xəbər verir ki, 1907-ci ildə San-Fransiskoda anadan olan Mariya 117 il 168 gün yaşayıb. 2024-cü ilin avqustunda ölümündən sonra mütəxəssislər onun genomunu, mikrobiomunu və epigenomunu təhlil ediblər.

Araşdırma zamanı qadının yaşla bağlı mutasiyalara və xroniki iltihaba baxmayaraq, ömrünün sonuna qədər aydın düşüncəsini qoruduğu, demensiya və xərçəngdən uzaq qaldığı məlum olub.

Alimlərin diqqətini onun bağırsaq mikrobiomu da cəlb edib. Burada iltihabla mübarizədə rol oynayan faydalı Bifidobacterium bakteriyaları üstünlük təşkil edib. Mariyanın son 20 ildə hər gün üç qatıq yeməsi bu tarazlığa təsir göstərmiş ola bilər.

Tədqiqatçılar uzunömürlülüyü yalnız qidalanma ilə izah etmirlər. Onların fikrincə, genetika, güclü immun sistemi və həyat tərzi birlikdə qadının sağlam yaşlanmasına töhfə verib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər