Qlobal təhlükə: Uşaqların 40 faizində görmə zəifliyi proqnozlaşdırılır
1605
11 Oct 2026 | 08:15

Qlobal təhlükə: Uşaqların 40 faizində görmə zəifliyi proqnozlaşdırılır

"Əsrin ortalarına qədər uşaq və yeniyetmələrin təxminən 40%-i miopiyadan (yaxını görməmə) əziyyət çəkə bilər".

Moderator.az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-oftalmoloq Angelina Kazantseva deyib.

"Qlobal miqyasda verilən proqnozlar həqiqətən də diqqətəlayiqdir: klassik ehtimallara əsasən, 2050-ci ilə qədər miopiya təqribən 4.9 milyard insana, yəni dünya əhalisinin təxminən yarısına təsir göstərə bilər.

Sonrakı araşdırmalar da uşaqlar və gənclər arasında miopiyanın daha da yayılacağını göstərir. Məsələn, 2050-ci ilədək uşaqların təxminən 40%-də - 740 milyon nəfərdən çoxunda bu vəziyyət müşahidə oluna bilər", - deyə mütəxəssis qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər