Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ
Sağlamlıq
1496
27 Aug 2026 | 08:22

Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ

Diyetoloq Elizabet Klinqbeyl arterial təzyiqi aşağı salmağa kömək edə biləcək ən yaxşı meyvənin adını açıqlayıb.

Moderator.az xəbər verir ki, o, "Parade" nəşrinə müsahibəsində bununla bağlı tövsiyələrini bölüşüb.

Elizabet Klinqbeyl qeyd edib ki, insanların əksəriyyəti qan damarlarının divarlarının rahatlaması üçün kifayət qədər kalium qəbul etmir. Onun sözlərinə görə, bir ortaölçülü bananın tərkibində təxminən 422 milliqram kalium var.

"Sağlam qidalanmaya riayət edildikdə, kalium arterial təzyiqin aşağı salınmasına kömək edir. Beləliklə, qısamüddətli perspektivdə bu meyvənin istehlakını artırmaq hipertoniya zamanı müəyyən qədər faydalı ola bilər", - deyə diyetoloq bildirib.

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər