Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
1394
29 Jul 2026 | 15:20

Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Hazırda Azərbaycanda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında ümumilikdə 1400-dən çox şəxs var.
 
Moderator.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, onlardan 600-ə yaxını sümük iliyi, 520-dən çoxu böyrək, 250-yə yaxını qaraciyər, 50-yə yaxını ürək, 50-dən çoxu isə buynuz qişa transplantasiyası üçün gözləmə siyahısındadır:
 
"Yaş bölgüsünə görə, sümük iliyi transplantasiyası gözləyənlər arasında uşaqlar üstünlük təşkil edir. Digər orqan transplantasiyaları üzrə gözləmə siyahısında isə əsasən böyüklər yer alır".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər