Böyük Britaniyanın keçmiş baş naziri onunla selfi çəkdirənlərdən pul alır
Reportaj
3151
20 Feb 2025 | 09:10

Böyük Britaniyanın keçmiş baş naziri onunla selfi çəkdirənlərdən pul alır

Böyük Britaniyanın keçmiş Baş naziri (2019-2022) Boris Conson ictimaiyyət qarşısında çıxış etdikdən sonra onunla şəkil çəkdirən tərəfdarlarından pul alır.
 
Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
 
Nəşr diqqəti Consonun komandasının sentyabrın 2-də Edinburqdakı "Usher Hall" konsert zalında baş tutacaq tədbir üçün ayrıca biletləri satmasına diqqət çəkib ki, bura keçmiş hökumət başçısı ilə əl sıxmaq və birgə şəkil çəkdirmək daxildir. Belə bir biletin qiyməti 121 funt-sterlinqdir (təxminən 26 manat). Onun yaradıcılıq gecəsinə adi bilet 54 funt-sterlinqə (təxminən 11 manat) başa gələcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər