Kədərin paytaxtı Xocalı - 32 illik faciənin episentrindən REPORTAJ + FOTO/VİDEO
Oxunub: 2049
26 Feb 2024 | 14:29
Kədərin paytaxtı Xocalı - 32 illik faciənin episentrindən REPORTAJ + FOTO/VİDEO
“Nə edirsən, et, soyqırımını unutma. Çünki unudulan soyqırımı təkrarlanacaq”, - deyən bosniyalı siyasətçi Aliya İzzetbeqoviçin məşhur sözlərini, yəqin ki, ən yaxşı dərk edən məhz Azərbaycan xalqı olub. 32 il Xocalı faciəsinin yaraları ilk günkü kimi xatırlanıb, gələcək nəsillər olan bizə aşılanıb. Bu tərbiyənin nəticəsidir ki, adını, sadəcə, ailədə böyüklərimizdən eşitdiyimiz, dərsliklərdə oxuduğumuz, indi düşmən tapdağından azad edilən o torpaqlara gedərkən cismən və ruhən rahatlıq tapırıq.
 
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra 30 illik yara sağaldı və bütövləşdik. Bununla tarixi ədalətsizliklə olan haqq-hesabımızı da bitirdik. Artıq Xankəndidə, Ağdərədə, Xocalıda və azad edilən digər ərazilərdə üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
 
Dünya bəşər tarixinin ən dəhşətli qırğınlarından birinə oyananda təqvim 1992-ci il fevralın 26-nı göstərirdi. Xocalı sakinləri həmin hadisələri bu gün də dəhşətli yuxu kimi xatırlayırlar.

Fevralın 25-dən 26-na keçən gecə

İnsanlıq tarixinin qara ləkəsi olan Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində faciənin qurbanlarını qalib və məğrur xalq kimi anırıq. Yəqin ki, erməni vəhşiliyinin qurbanına çevrilmiş minlərlə azərbaycanlının ruhu da artıq rahatlıq tapıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bətnində dördaylıq körpəsi ilə erməni zülmündən sağ qurtulan Zənurə Səlimova ilə düz 32 il sonra Xocalıya - kədərin paytaxtına elə onun dərin kədəri ilə üzləşmək üçün gedirik. Yolumuz uzun, söhbətimiz isə olduqca genişdir. Zənurə xanımla ilk söhbətimiz həmin dəhşətli gecə barədə deyil. O, Xocalının gözəl təbiəti, torpağının münbitliyi, məhsuldar meyvə bağları, torpağın ildə üç dəfə əkilib-becərilməsindən bəhs edir. Bir də Bakıda yediyi meyvə-tərəvəzlərdən gileylənir, heç birindən Xocalıda yediklərinin ətrini, dadını ala bilmədiyini deyir. Susuram... Bu an başa düşürəm ki, mən faciə xaricində Xocalı barədə o qədər də çox şey bilmirəm.

Qəribədir, bu illər ərzində Xocalı deyəndə, sadəcə, soyqırımı, 613 nəfərin faciəvi ölümü, uşaqların, qadınların və yaşlı insanların düçar olduğu əzab-əziyyəti xatırlamışam. Orada yadımda qalan Qarqarçay, Kətik meşəsi, Qaraqaya kimi coğrafi yerlərin adlarını da məhz bu faciə ilə əlaqədar bilirəm. Ona görə düşünürəm ki, 25 fevral gecəsi baş verən dəhşətlərlə bağlı söhbət açmağa tələsməməliyəm...

Əsgərana yaxınlaşanda Zənurə xanımın çöhrəsində keçirdiyi iztirabların izləri görünməyə başlayır. Erməni əsirliyində olarkən vəhşicəsinə qətlə yetirilən dayısının yadına düşdüyünü deyir:

“Dayım hündürboy, kifayət qədər sağlam adam idi, lakin elə zülmlər görüb ki, əsirlikdən sağ qayıda bilməyib. Altı qızıl dişini kəlbətinlə onun özünə çəkdiriblər. Daha sonra iki qolunu “KamAZ”a bağlayıb yerdə sürüyüblər, hələ də sağ olduğunu görüb işgəncələrə davam etmək üçün onu yenidən təcridxanaya aparıblar. Burada avtomatın qundağı ilə can verənə qədər onu döyüblər. Dəmir linglə ilə vurulan son zərbədən sonra isə dayım oradaca keçinib”.

Ölülərlə dirilərin görüş yeri

O gecə faciədən qurtulmağı bacaranların bir hissəsi Ağdama sığınaraq oradakı məsciddə yaxınlarının ölüsünü, yaxud dirisini tapmaq ümidi ilə gözləyirdilər. Ağdam məscidi sanki Xocalıdan olan ölülərlə dirilərin görüş yerinə çevrilmişdi. Meyitlər, əsasən, işgəncədən tanınmaz halda olurdu, insanlar isə onların bədənlərindəki hansısa cizgidən tanınma ehtimalına sarılaraq hər günü gözlənti içində keçirirdilər.

Zənurə xanımın ara-sıra yanağından süzülən gözyaşı hönkürtüyə çevrilir və bir qədər fasilədən sonra sözünə davam edə bilir:

“Dayımın nəşini beş gün sonra Ağdam məscidinə gətirdilər. Anam cəsədlər arasından öz qardaşı Hüseyn Əzizovu axtarmaq üçün məscidə girdi və üzü tanınmaz halda olduğu üçün əlinin üzərindəki döymədən onu tanıdı. Dayımın gözləri zərbələrin təsirindən alnına qalxmışdı, kəllə sümüyü qırılmışdı, beyni isə ümumiyyətlə yox idi. Ermənilər təkcə əsirlərimizə yox, ölülərimizə də zülm ediblər”.

Eşitdiklərimiz bizi sükuta qərq edir, bu səssizliyin özü də, əslində, böyük hayqırışdır.

Nəhayət, tarix və taleyin astanasında, yüzlərlə əliyalın insanın həyatını dəyişən dönüş nöqtəsində - Xocalıdayıq.

Azad olunmuş ərazilərdə mina təhlükəsi hələ sovuşmadığından Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rasim İbrahimov da bizi müşayiət etmək üçün buradadır. Lakin mənim əsas diqqətim hələ də Zənurə xanımdadır, keçirdiyi hiss-həyəcanı izləyir, səhhətində hər şeyin qaydasında olub-olmadığını özlüyümdə təyin etməyə çalışıram...

Yolumuz Zənurə xanımın evinədir, məqsəd 1992-ci ilin 25 fevral gecəsindən 26-na açıla bilməyən səhərə yenidən səfər etmək və o gecə baş verən dəhşəti onu yaşayan insanın sözləri ilə təsvir etməkdir. Ən azı Zənurə xanım qədər həyəcanlıyam. Çünki həmin dəhşəti yaşayan insanın 32 il sonra faciənin episentrində acı xatirələrlə üzləşməsinin nə qədər çətin olacağının fərqindəyəm. İlk sözü: “İlahi, Xocalını nə günə qoyublar...” - olur. Sonra ata evini, eyni zamanda, qonşularının evlərinin qalıqlarını bizə göstərərək onların adlarını sadalamağa başlayır.

- Unutmamısınız!

- Bütün yolları, cığırları, Xocalı ilə bağlı hər şeyi xatırlayıram. Odur ey, məktəbimiz.

- Neçə saylı idi?

- Xocalıda iki məktəb var idi. 1 və 2 saylı. Mənim təhsil aldığım məktəb 1 saylı idi, ermənilər onu konserv zavoduna çevirmişdilər.

Çörək ətri, yanan çıraq, cehizlik stəkan...

Zənurə xanımgilin evinin qarşısındayıq. Xoşbəxtlikdən, ev dağılmayıb, lakin köhnə, yaşayış üçün yararsız olduğundan dövlət hesabına təmir edilir. İçəri keçirik. Ev yağmalandığı üçün quru divar və dağılmış döşəmədən başqa heç nə qalmayıb.

“Bu evə gəlin köçmüşdüm və sadəcə dörd aylıq xoşbəxtlik qismətim olmuşdu. Evdən çıxanda bu otaqda (öz otağını göstərir) çırağım da yanılı qalmışdı. Həmin gün bişirdiyim çörəklərin ətri hələ də burnumdadır. O çörəkləri bişirərkən gecənin bu qədər dəhşətli olacağını təsəvvür də etmirdim. Cehiz kimi gətirdiyim bir stəkanı belə işlətmək qismət olmadı”, - deyən Zənurə xanımı yenidən qəhər boğur və susur...

Daha sonra ondan faciə gecəsini təsvir etməsini xahiş edirik. Deyir ki, Xocalı mühasirədə olduğu üçün kişilər gecələr növbəli şəkildə qarovul çəkirdilər:

“Həmin gecə də həyat yoldaşımın növbəsi idi. Birdən evin arxa pəncərəsindən səs gəldi. Həyat yoldaşım “ay Faiq” deyə qardaşını haraylayırdı. Qaynım küçəyə qaçdı. Dedilər, artıq ermənilər dörd bir tərəfdən kəndə hücuma keçiblər. Qayınanam və mən də onların arxasınca həyətə çıxdıq. Qayınanam xəstə olduğu üçün yoldaşım və qaynım onu kürəklərinə aldılar. Beşmərtəbəli binanın zirzəmisinə doğru qaçdıq. Erməni silahlı dəstələri atəş aça-aça kəndə girmişdilər. Mərmilərdən çıxan alovlar qaranlıq səmanı aydınladırdı. Dəhşət içində idik. Getməli olduğumuz zirzəmi uzaqda deyildi, lakin güclü yağan qar bizi ləngidirdi. Qayınanam isə bizi ləngitdiyini deyərək onu burada qoymağımızı istəyirdi. Biz isə ona qulaq asmadan yolumuza davam edirdik. İnsan öz anasını necə ata bilər?! O an qadınların, uşaqların ah-naləsi hələ də qulaqlarımda uğuldayır... Faciədən 32 il keçməsinə baxmayaraq, hər dəfə bununla bağlı xatirələri danışanda həmin anları sanki yenidən yaşayıram. Mən bu evə gəlin gələndə burada ağbirçək bir ana vardı, evdən də onunla çıxdım. Lakin bu gün bu ocağa onsuz və hələ bətnimdəykən aldığı travma nəticəsində, doğulsa da, üç ay sonra ölən övladım olmadan qayıtmışam. Həmin körpə bətnimdə olanda mən Qarqarçayı, Kətik meşəsini, Qaraqayanı ayaqla keçmişəm”.

Bir qədər sonra Xocalı sakinlərinin gizləndiyi həmin zirzəmiyə getmək üçün yola düzəlirik. Havanın qatı dumanlı olması işimizi bir qədər çətinləşdirsə də, həmin gecəni gözümün qarşısında canlandırmağa kömək edir...

Ölümdən qaçanların ilk sığındıqları yer - zirzəmi

Binanın qarşısındayıq, pilləkənlərin apardığı dəmir qapı təxminən beş kiçik otaqdan ibarət zirzəmiyə açılır. Zirzəmiyə daxil olarkən Zənurə xanımın danışdıqlarının təsirindən buradakı kəskin qoxu zehnimdə yaşanan acı və qorxunc xatirələri canlandırır. Sağ qala bilmək üçün bu kiçik yerə, görəsən, neçə nəfər sığınıb? Zənurə xanım danışır, mənsə onun səsini özüm üçün qeydə alıram. Çünki nə etsəm də, burada fikrimi cəmləməyim və danışılanları sonradan xatırlamağım mümkün görünmür.

İnsanlar həmin gecə Qarqarçayı keçərək Kətik meşəsinə doğru irəliləyə, oradan Qaraqayanı keçib Ağdama çata bilmələri üçün təxminən bir saat burada gizləniblər.

“Bir saatdan sonra çöldə qarovul çəkən Elşad xəbər etdi ki, Qarqarçaya tərəf gedə bilərik. Qayınanam getmək istəmirdi, lakin biz israrla onu aparırdıq. Bu zirzəmi mənim üçün gözdağıdır. Çünki həmin gecə burada mənimlə olan insanların heç biri indi həyatda deyil. Açılan atəşdən, donvurmadan və digər səbəblərdən həlak olubar”, - Z.Səlimova sözlərinə davam edir.

Quduzlaşmış ermənilər Qarqarçay istiqamətində, “Donuzçuluq ferması” adlanan yerdə dinc əhaliyə qarşı əsl soyqırımı həyata keçiriblər. Xocalı faciəsi qurbanlarının bir qisminin də sahilində basdırıldığı Qarqarçaya yaxınlaşırıq. Çayın üzərindəki körpünü keçib Zənurə xanımla birgə onun sağ sahilinə enirik.

“Bu ailə artıq yoxdur, onlardan Xocalıdakı evlərinin qapısını açan olmayacaq”

Zənurə xanım yenidən dəhşətli fevral gecəsinə qayıdır:

“Havanın şaxtalı olmasına baxmayaraq, hər birimiz Qarqarçayı keçib Kətik meşəsinə doğru irəliləmək üçün suya girdik. Geriyə baxanda qaçanlardan çox az hissəsinin - təxminən 50 nəfərin çayı keçə bildiyini gördüm. Lakin bu, hələ faciənin sonu deyildi. Çayı birtəhər keçib Kətik meşəsinə doğru irəliləyəndə balaca bir təpəciyin üzərində müəlliməm Afilə xanımın qışqırtısını eşitdim. Həyat yoldaşı Vaqif bəy ürəktutmasından can verirdi. Afilə müəllimə camaatdan kömək istəyirdi, lakin istəsək də, o halda kiməsə kömək etməyimiz mümkün deyildi. Vaqif bəyin xırıltılı səsi hələ də qulağımdadır. Üç uşağı və Afilə müəllimə həyat yoldaşının başına toplaşmışdılar. Nə qədər desək də, bizimlə meşəyə gəlmədilər. Bu gün həmin ailə artıq yoxdur. Xocalıya böyük qayıdış zamanı bu ailədən evin qapısını açan olmayacaq...”

Qarqarçayın sahilindən Kətik meşəsinə doğru boylanırıq. Dumanlar altında gizlənmiş Kətik meşəsi Xocalı faciəsinin ən böyük şahidlərindən biridir. Zənurə xanım Kətik meşəsindən keçərkən yaşadıqlarını dəhşətli və qorxulu bir yuxu kimi xatırlayır:

“Gecə elə qar yağırdı ki, gözümüzü açmaq və yolu tapmaq imkansız görünürdü. Çətin hava şəraiti, sıx meşə qaçmağımızı daha da çətinləşdirirdi. Əl-üzümüz, ayaqlarımız qan içində idi. Meşədə dəfələrlə azdıq. Xoşbəxtlikdən, Milli Qəhrəman Əlif Hacıyev gəlib bizi meşədə tapdı və o, 50 nəfərə yaxın adama bələdçilik edərək Qaraqayadan keçirərkən UAZ markalı maşınla yoldan ötən ermənilər bizi gördülər. Bu zaman Əlif qışqırdı ki, bu ərazini tez keçmək lazımdır. Keçən ermənilər mütləq digərlərinə xəbər verərək bizi pusquya sala bilərlər. Qaraqayanı keçərkən arxaya baxanda sadəcə 10-15 nəfərin qaça bildiyini, digərlərinin erməni cəlladlarının qurbanına çevrildiyini gördüm. Yaralanan insanların çığırtıları qulaq batırırdı. Biz Xocalı sakinləri Qaraqayanı “Qanlıqaya” adlandırırıq və 1992-ci ilin 26 fevralına açılan səhəri əsla unutmayacağıq”.

Çingiz Mustafayevin şəhid olduğu yer

Baş verən faciə barədə Azərbaycan əhalisi bir neçə gün xəbərsiz oldu. İnsanların çoxu hadisə yerindən gənc jurnalist Çingiz Mustafayevin çəkdiyi videokadrlar televiziyada nümayiş etdirildikdən sonra Xocalı faciəsi barədə məlumat aldı. Onun çəkdiyi kadrlar Ermənistanın reputasiyasına bütün dünyada ciddi zərbə vurdu və bu gün də həmin kadrlar televiziyanın “Qızıl fondu”nda törədilmiş qırğının sübutu kimi saxlanılır.

O özü də faciədən təxminən dörd ay sonra, həmin əraziyə yaxın yerdə həlak oldu. Elə biz də indi ən böyük qırğınlardan birinin baş verdiyi Naxçıvanlı kəndinin ərazisinə, 15 iyun 1992-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin də şəhid olduğu kənddə yollanırıq.

Qarqarçay boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanlı kəndi yaxınlığında erməni silahlı dəstələri ilə qarşılaşıb. Bu zaman uşaq, qadın, qoca, əlil demədən, hər kəs xüsusi amansızlıqla qətlə yetirilib. Beləliklə, Qarqarçay və Kətik meşəsinin kəsişməsində bir gecənin içində ermənilər tərəfindən insanlıq tarixinin ən böyük cinayətləri törədilib.

Naxçıvanlıya gedərkən yolun sol hissəsində vaxtilə atların saxlandığı tövlə gözə dəyir. Azərbaycanlı əsirlərin bu tövləyə gətirilərək erməni quldurları tərəfindən işgəncələrə məruz qaldığını eşitmişdim. Tövləyə baş çəkmək üçün dayanırıq. Məhz burada əsir saxlanılan, lakin daha sonra erməni əsirlərlə dəyişdirilən azərbaycanlılar gördükləri işgəncələrdən dəfələrlə danışıblar. Qəribədir ki, tövlə hələ də salamat qalıb, dağıdılmayıb.

Axırıncı dayanacağımıza - Çingiz Mustafayevin son nəfəsini verdiyi Naxçıvanlı kəndinə çatırıq. Təxminən 100-150 metr yeridikdən sonra Çingizin kamerasının obyektivinin sonuncu dəfə tuşlandığı ərazidəyik. Milli Qəhrəmanımız, həmçinin yüzlərlə Xocalı sakini burada erməni vəhşətinin qurbanı olub. Ətrafı bir qədər seyr etdikdən sonra şəhidlərimizin ruhuna dualar oxuyur, qanlarının artıq yerdə qalmadığını pıçıldayırıq...

“Report” İnformasiya Agentliyi

Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO