13297
16 Feb 2023 | 20:15

"Meduza" nəşri: "AP Navalnı və Rusiyada həbs edilən siyasi məhbusları azad etməyə çağırış edir..."

"Avropa Parlamenti Navalnını və Rusiyada demokratiya uğrunda mübarizə aparan cəsur siyasi məhbusları azad etməyə çağırış edir."
 
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropada geosiyasi vəziyyəti dəyişib..."
 
"Avropalı deputatlar Rusiyanın Ukraynaya qarşı təcavüzünün araşdırılması üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasına çağırış edib..."
 
Avropa Parlamenti Rusiyanın Ukraynada döyüş əməliyyatlarının birinci ildönümünə dair qətnamə qəbul edib
 
Avropalı deputatlar Ukraynaya qırıcılar, helikopterlər, raket sistemləri verməyə və döyüş sursatlarının tədarükünü artırmağa çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Meduza" nəşri məlumat tayıb.
 
 
Bundan başqa, onlar Avropa İttifaqı üzvlərinə fevralın sonunadək 10-cu sanksiyalar paketini qəbul etməyə və onu genişləndirməyə çağırış edib. Avropa Parlamenti qüvvədə olan sanksiyaları daha səmərəli etməyi və Rusiya üçün "boşluqları" bloklamağı xahiş edir.
 
 
Deputatlar həmçinin Rusiyanın dondurulmuş aktivlərinim Ukraynanın xeyrinə müsadirə edilməsi mexanizminin yaradılmasına çağırış edib.
 
 
Avropa Parlamenti qeyd edib ki, "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropada geosiyasi vəziyyəti dəyişib və Avropa İttifaqından cəsarətli və kompleks siyasi, təhlükəsizlik və maliyyə sahəsində qərarların qəbulu tələb edilir".
 
 
Ona görə də Avropa deputatları Ukrayna, Avropa Komissiyası və Avropa İttifaqına Avropa İttifaqına daxil olmaq barədə danışıqların başlanması üzəridə işləməyə çağırış edib.
 
 
Avropa Parlamenti Ukrayna üzrə xüsusi tribunalın yaradılması barədə qətnamə qəbul edib.
 
 
Qətnamədə "Rusiyanın Ukraynaya qarşı təcavüzünün" araşdırılması üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasına çağırış edilib.
 
 
Tövsiyyə xarakteri daşıyan sənəddə deyilir ki, Rusiya Ukraynaya qarşı hələ 2014-cü ildə təcavüzə başlayıb, 2022-ci ilin fevral ayında onu yeni güclə bərpa edib, bu da SSRİ və Rusiya siyasi rəhbərliyinin  1945-ci ildən bəri Avropada həyata keçirdiyi "ən hiddət doğuran təcavüz aktıdır".
 
 
Avropa Parlamenti bir sıra ölkələrdə insan haqlarının qorunmasına dair bir neçə sənəd qəbul edib.
 
 
Qətnamələrdən biri "Aleksey Navalnının qeyri-insani saxlanma şəraiti haqqında" adlanır.
 
 
Sənəddə deyilir ki, Rusiya hakimiyyəti tərəfindən müxalif siyasətçinin saxlanıldığı koloniyada ona qarşı işgəncələr və psixoloji təzyiq tətbiq edilir. Qətnamə Navalnını və "Rusiyada demokratiya uğrunda mübarizə aparan digət cəsur siyasi məhbusları" azad etməyə çağırış edir.
 
 
"Parlament bəyan edir ki, Putin öz əhalisinə qarşı cinayətlərinə görə məhkəmə qarşısına çıxmalıdır və Avropa İttifaqı Şurasına özbaşına təqiblər və müharibə əleyhinə nümayişçilərə işgəncə verilməsinə görə məsuliyyət daşıyanlara qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırış edir", - qətnamədə deyilir.
 
 
Aleksey Navalnı artıq iki ildir ki, həbsdədir. Fevralda bəlli olub ki, o, arıqlayıb və mədə ağrılarından əzab çəkir. O, sağlamlıq problemlərinə rəğmən, 11 dəfə cərimə təcridxanasına göndərilib. Son zamanlar siyasətçi kamera tipli otaqda saxlanılır, ona doğmaları və vəkilləri ilə görüşlər qadağa  edilib.
Link kopyalandı!
Son xəbərlər