"Bu, dəhşətli bir yol idi…" - Kiyevə yaxın şəhərlərdən təxliyə edilənlərin həyat hekayəsi...
Reportaj
Oxunub: 12299
30 Mar 2022 | 11:44

Qorxmuş, sarsılmış, tükənmiş insanlar... Mart ayında təhlükəsiz yerlərə təxliyə edilən Kiyev ətrafı şəhərlərin - Qostomel, Buça, İrpen, Makarov sakinlərinin vəziyyətini psixoloqlar belə təsvir edirlər.

Kiyevin şimal-qərbindəki kiçik şəhərlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən şiddətli hərbi əməliyyatlar ocağına çevrildi. Yerli sakinlər gözlənilmədən cəbhə xəttində iki odun arasında qalıblar.

Moderator.az AlmaniyanlnDeutsche Welle” (DW) nəşrinə istinadla sonda döyüş bölgəsindən çıxmağı bacaranların hekayəsini təqdim edir.

Qalina: “O, mənim nərgizlərimi tapdaladı, yataq otağımın pəncərəsini sındırdı və silahı ora tuşladı”

Qalina təqaüdçüdur və martın 11-də əri ilə birlikdə Qostomeli tərk edib.

"Biz iki həftə atəşə və rus işğalına məruz qaldıq və "yaşıl dəhlizlər" haqqında heç nə bilmirdik. Hələ fevralın 27-də elektrik kəsildi. Mobil rabitə isə fasilələrlə işləyirdi. Telefonları qonşuların maşınlarının akkumlyatorlarından doldurur və qohumlara sağ-salamat olduğumuzu xəbər verirdik. Sonra əlaqə tamamilə kəsildi... Qaz hələ bir müddət var idi. Martın 7-də qaz da kəsildi və möhkəm şaxtalar düşdü.

Müharibənin ilk günlərində “Antonov” zavodunun aerodromuna uçan rus helikopterlərini görürdük. Ora evimizdən çox da uzaqda deyil, meşənin arxasında idi. Sonra döyüş başladı. Raketlər və mərmilər hər iki istiqamətdə başımızın üstündən uçurdu. Qostomel torf bataqlıqları üzərində yerləşir, bombardmandan gizlənmək üçün dərin zirzəmilərimiz yoxdur. Ən yaxın sığınacağın harada olduğunu bilmirdik, ona görə də atəş zamanı mətbəxdə sadəcə yerə uzanırdıq.

Bir neçə gündən sonra bizim küçədə rusiyalı əsgərlər peyda oldu. Həyətimizə girdilər, qapını döyməyə başladılar, biri evin ətrafında dolandı, nərgizlərimi tapdaladı, yataq otağımın pəncərəsini sındırdı və avtomatını ora tuşladı. Qapını açıb rus dilində onlardan soruşdum ki, burada kiminlə vuruşurlar və niyə gəliblər? Biri dedi ki, bizi “nasistlərdən”, “ukrofaşistlərdən” azad edirlər. Puşkin küçəsində yerləşən rus dili və ədəbiyyatı müəllimlərinin evində hansı nasistləri axtardıqlarını soruşdum. Onlar mülki şəxslərlə döyüşmədiklərini söylədilər, amma niyə pəncərəmi sındırdıqlarını və mənə tuşlanan avtomatlarını niyə yerə endirmədiklərini izah edə bilmədilər. Sonra evdə axtarış aparmaq qərarına gəldilər, silah axtardıqlarını bildirdilər. Mobil telefonları götürmək istədilər, amma mən öz telefonumu gizlətdim və dedim ki, yoxumuzdur.

Axşama yaxın fərqli formalı rusiyalılar peyda oldular. Darvazaları ayaqları ilə açıb dərhal avtomatlardan həyətləri atəşə tutdular. Onların ardınca küçəyə tanklar girərək bütün küçə boyunca hasarları dağıtdılar. Pəncərədən onların varlı qonşular tərəfindən tərk edilmiş dəbdəbəli kotteclərdə necə məskunlaşdıqlarını və ya oralardan müxtəlif əşyalar çıxardıqlarını görürdük.

Ertəsi gün rusiyalıların nəhəng toplu ağır texnikası gəlib keçdi. Onları meşədə yerləşdirdilər. O vaxtdan bəri hər zaman uğultu, güllə səsləri eşidirdik, yer silkələnirdi, qonşunun köhnə evi isə sadəcə uçub dağıldı.

Martın 9-da qonşu qız bizə gəlib dedi ki, evakuasiya olacaq, tələsmək lazımdır. Ağır xəstə olan ərim özünü çox pis hiss edirdi və yeriyə bilmirdi. O, sözün əsl mənasında məni zorla küçəyə atdı ki, təkbaşına evakuasiya olunum. Təyin olunmuş məntəqəyə çatmaq 30-40 dəqiqə çəkdi. İki həftə ərzində ilk dəfə küçəmizdə gördüklərim məni dəhşətə gətirdi: dağılmış evlər, yıxılan hasarlar, bir yaşayış məhəlləsindən yalnız pəncərələr əvəzinə binanın deşik-deşik olmuş skeleti qalmışdı. Azyaşlı uşaqları olan insanlar, qadınlar, qocalar təyinat yerinə yaxınlaşırdılar. Tələsdiklərindən bəziləri çox isti geyinməmişdi, bir qız isə pijamanın üstündən geyindiyi gödəkçədə idi.

Ardınca yerli deputatlarımız bildirdilər ki, rusiyalılar avtobusları bura buraxmayacaq və hamımız başqa yerə, daha səkkiz kilometrə qədər yol getməliyik. Yerimək çətin idi. Yol boyu yanımızdan keçən Rusiyanın zirehli transportyorları bizi daima kənara sıxışdırırdı. Amma avtobuslar gəlmədi. Güclü küləkli soyuqda bir neçə saat boş yerə gözlədik. Heç kimin yeməyi və suyu yox idi.

Hava qaralmağa başlamışdı, işğalçıların təyin etdiyi komendant saatı yaxınlaşırdı. Evə qayıtmağa vaxtım yox idi. Bizə bomba sığınacağına getməyi məsləhət gördülər. Ora tam qaranlıq idi, insanlar iki həftə idi orada otururdular. Bizi saydılar və dedilər ki, burada cəmi 400 nəfər var. Əksəriyyəti qocalar, yataq xəstələri və uşaqlı qadınlar idi. Sığınacaqda temperatur 3-4 dərəcə idi və çox rütubət vardı. Səhər sığınacaqdan çıxdıq. Nəhayət, evə qayıtdım. Soyuqda və küləkdə uzun müddət qaldığım üçün dodaqlarım çatlamışdı, başdan ayağa islanmışdım, ayaqlarım suluqlamışdı.

Ertəsi gün birdən-birə mobil əlaqə yarandı! Qonşularda elektrik generatoru var idi, telefonlarımızı doldurmağa icazə verdilər və öyrəndik ki, yenə evakuasiya olacaq. İki kiçik bel çantası və əlil arabası götürdük ki, ərim ondan qoltuqaltı çəlik kimi tutub yeriyə bilsin. Həqiqətən çoxlu avtobus gəldi.

Kiyevə gedən yol iki-üç saat çəkdi. Yanmış hərbi texnikaların, meyitlərin və partlayışdan əmələ gəlmiş çuxurların yanından ötməli olurduq. Rusiya keçid məntəqələrində xeyli dayanırdıq. Onlardan birində bizə avtobuslardan çıxmağa, hətta tualetə belə getməyə icazə vermədilər. Kiyevdə dəmiryol vağzalına çatanda dərhal Ukraynanın qərbinə gedən evakuasiya qatarına mindik. 12 saatdan çox yol getdik, vaqonlarda işıqlar sönülü idi. Bizə dedilər ki, belə vəziyyətdə atəşdən yayınma ehtimalı daha yüksəkdir”.

İrina: "Qulaqların hər səsi, xışıltı, tappıltını eşitdiyi gecə qorxusu"

İrina təqaüdçüdür və martın 8-də Makarovdan bir neçə kilometr aralıda Rusiya qoşunlarının işğal etdiyi kənddən yola düşüb.

"Biz gözəl yerdə, Makarovdan bir neçə kilometr aralıda yerləşən kiçik Qavronşina kəndində yaşayırdıq. Fevralın 24-də müharibənin başladığını öyrəndik. Fevralın 25-də kənddə nəzarət-buraxılış məntəqəsi düzəltməyə başladılar, 26-da isə rusiyalı işğalçılar artıq gəlmişdi. Kəndlə Makarov arasında yerləşən şəxsi elit qolf-klubun böyük ərazisini ələ keçirdilər. Günlər atəş və partlayışlarla başlayıb bitirdi. Demək olar ki, hər gün, bəzən isə gündə iki dəfə onların vertolyotları qolf-klubun sahəsinə enirdi.

Nə qədər ki, internet vardı, zirzəmilərdə gizlənməli olduğumuz barədə bildirişlər alırdıq. Sonra axşam gəlir, gecə düşür və gözləri demək olar ki, görməyən, çətinliklə yeriyən 96 yaşlı ananı bu zirzəmiyə salmaq lazımdır.

Martın 1-dən 4-nə kimi daimi həyəcanlı günlər, davamlı döyüşlər oldu. Bu günlərdə insanlar orada kömək olmadığı üçün özbaşına çıxıb getməyə başladılar. Martın 7-də axşam qərar verməli olduq - qonşu dedi ki, ikimiz üçün maşında cəmi bir yer var, nənəni isə qucağa almalıyıq. Biz çox tərəddüd edirdik, təhlükəli və risklə dolu yola çıxmaq qərarına gəlmək çox çətin idi, lakin bu heyvani qorxuya hər dəfə dözmək də mümkün deyildi. Qulaqların hər səsi, xışıltını, tappıltını eşitdiyi gecə qorxusu, hər atəş açılanda isə bura düşəcək, yoxsa başqa yerə düşüncəsi... Oğlum təkidlə deyirdi ki, kimsə bizi kənddən çıxarsa, yolda maneələri adlamağın bir yolunu tapacaq.

Mən əynimdə nə vardisa, onunla da çıxdım. Yalnız sənədləri götürdüm. 50 maşın var idi, hamısından ağ cır-cındır parça asılmışdı. Qolf-klubun yanından keçəndə həmişəkindən daha çox qorxdum. Bəlkə də heç vaxt o vaxtkı qədər dua etməmişdim.

Yolda rusiyalıların sınmış texnikası, dağılmış evlər və ətrafda izaholunmaz dəhşətli qoxu var idi. Oradan Jitomirə doğru getdiyimiz yol bir tərəfdən dağıdılmışdı, yenidən hər yerdə məhv edilmiş rus texnikası, onun arasında isə vurulmuş mülki avtomobillər vardı. Dəhşət dolu yol idi, onu təsvir etməyə söz tapmaq olmur.

Gedə-gedə düşünürdüm: qucağımda bir yaşlı uşaqla mən artıq belə qaçmışam. O vaxt Çernobıldan. Və budur, yenə də qaçıram - işğal zonasından, qucağımda isə 96 yaşı olsa da, mahiyyət etibarı ilə uşaqla.

İndi biz daha təhlükəsiz yerdəyik, amma burada da sirenlər davamlı olaraq ulayır. Hər hava həyəcanını sanki hər dəfə kürəyimizə dirənmiş silah kimi hiss edirik. Anam hər gün evi haqqında soruşur, müqəddəs Məryəmdən onu xilas etməsini və evinə qaytarmasını xahiş edir. Bir müharibə görmüş qadın indi ikincidən sağ çıxmaq məcburiyyətindədir”.

Aleksandr: "Göz yaşı olmadan baxmaq mümkün deyildi - sanki 1941-ci ilin mənzərəsi idi"

İrpen şəhərinin kənarındakı yaşayış komplekslərindən birinin sakini olan Aleksandr martın 10-da təxliyə edilib.

“Fevralın 24-nə qədər genişmiqyaslı müharibə olacağına inana bilmirdik, ona görə də hazırlıq görmürdük. Həmin gün hava hücumları zərbəsindən oyananda çaxnaşma olmadı, amma şoka düşmüşdük, depressiyadaydıq, ağlayırdıq. Hətta həyat yoldaşımla işə getmək qərarına gəldik, amma əlaqə kəsildiyindən son anda evdə qalası olduq. Martın 5-nə kimi hamımız evdə qaldıq - həyat yoldaşım, 15 yaşlı oğlum və mən.

Martın 5-nə keçən gecə xüsusilə səs-küylü və narahat olduğundan qonşumuz şəhəri tərk etmək qərarına gəldi və həyat yoldaşımı və oğlumu da özü ilə apardı. Bunun üçün ona ömrüm boyu minnətdar olacağam. Onların gedişindən dərhal sonra dəhşət başladı - dörd saat ərzində bu günə qədər ən güclü atışmalar oldu. Onlar o qədər güclü idi ki, mənzildə işıqları bağlayan bütün vintlər töküldü və lampalar birbaşa naqillərdən asılı qaldı. Bir az sonra Buça istiqamətindən atlan ilk mərmi qonşu evə düşdü. Günorta saatlarında isə mobil rabitə itdi.

Əvvəlcə mənzilin pəncərəsindən Zabuçyadan yola çıxan və İrpenə daxil olan rus hərbi texnikası karvanını gördüm. Saat yarımdan sonra zirzəmidəki taxtalı pəncərələrdən artıq evimizin həyətində təxminən 19-21 yaşlı üç yüzə yaxın rus əsgəri və rus texnikası gördüm. Onların arxasınca “hərbi polisləri” girdi.

Bir neçə saat ərzində çoxlu insanın olduğu zirzəmilərdən onların qarşıdakı evlərin qıfıllarını necə sındırdıqlarını, mağazanı necə qarət etdiklərini seyr etdik. Qonşu evdə qərargah və təmir sexi qurdular, sonradan burada təkərləri və tırtılları dəyişirdilər.

Zirzəmidən əllərimi qaldıraraq çıxdım, dərhal avtomatlarını üzərimə tuşladılar. Görünür, onlar burada mülki insanları görəcəklərini heç gözləmirdilər. Dərhal sənədlər olan çantamı yoxladılar, fənəri götürdülər, telefonumu isə sındırdılar. Bir əsgərin müşayiəti ilə yorğan və şam götürmək üçün mənzilə qalxmağa icazə verdilər.

Növbəti iki gecəni zirzəmidə keçirdik. Bəzən hərbçilər kişilər arasında kimisə axtaran maskalı bir adamla içəri girirdilər. Göstərdikləri adamı zirzəmidən çıxararaq dizi üstə yıxaraq sorğu-sual edirdilər. Psixoloji cəhətdən çox çətin idi. Əsasən kişilər qayıdırdı, amma bir oğlan geri qayıtmadı. Artıq birinci gecədən sonra biz küçədə üstləri ötrülü öldürülmüş dörd yerli sakinin - iki kişi və iki qadının meyidini gördük. Biri, məlum oldu ki, qarət edilmiş mağazanın satıcısıdır. Bizə onları dəfn etməyə belə icazə vermədilər. Orada olduğum günlər ərzində cəsədlər küçədə qaldı.

Gündüzlər bizi siqaret çəkmək, tualetə getmək, bir az hava almaq və mənzillərdəki heyvanlara yem vermək üçün zirzəmilərdən buraxırdılar - hərbçilər bizi hər yerdə müşayiət edirdilər. Gecələr çölə çıxmaq qadağan idi. Rusiya hərbçiləri yaşayış kompleksinin ərazisini də tərk etməyə icazə vermirdilər. Ehtiyatımızda olan hər şeyi yeməli olurduq. Eyni zamanda, onlar öz paylarından da verirdilər - lakin heç də hər kəs onları götürmürdü. Yeməyi manqalda bişirirdik - işıq, istilik, qaz martın 5-dən yox di. Ətrafda partlayış və mərmi səslərini hər zaman eşidirdik.

Humanitar dəhlizlər haqqında həyat yoldaşımdan eşitmişdim, amma toplama məntəqəsinə getmək qeyri-real idi - rusiyalılar bizi yaxın buraxmırdılar. Bir dəfə qonşum və daha 12 nəfərlə aradan çıxmağa nail olduq. Atışma yox idi, amma gördüklərimiz dəhşətli idi - öldürülən velosipedçi, bombalanmış kafelər, demək olar ki, hər həyətdə tank, dağılmış evlər, darvazalar, mərmilərdən dağılmış maşınlar. Maşını olmayanlar piyada qaçırdılar. Göz yaşları olmadan izləmək mümkün deyildi - sanki 1941-ci ilin mənzərəsi idi. Trasda çəlikli bir kişi, qucağında böyük çantası olan yeddi yaşlı bir qız, əllərində itləri, pişikləri, yorğan-döşəkləri olan insanlar gördüm.

Nəhayət, Ukrayna keçid məntəqəsini görəndə gözlərimizə inanmadıq. İşğalda olduğum bu beş gün ərzində dağıntılara elə öyrəşmişdim ki... Amma burada açıq dükanlar vardı, insanlar gülümsəyir, bir-birinə dəstək olurdu. Yenə duş, isti çay, arvadıma telefonla zəng etmək imkanı yarandı. Bu bir rahatlıq deyil, həyata qayıdış idi. Mən o beş gecəni birtəhər yaşadım, amma o günlərin heç birinə görə onları bağışlamayacağam”.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
23:27, Bu gün
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:17, Bu gün
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:07, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
GÜNLÜK
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO