Yer üzünün Cənnətində verilən söz: "Bu dəfə özümüzə də, sözümüzə də inana bilərsən..."
Reportaj
Oxunub: 17394
04 Sep 2021 | 20:55
Yer üzünün Cənnətində verilən söz:
İşğaldan sonrakı Kəlbəcəri bir kəlbəcərlinin və ya Kəlbəcərin bənzərsiz təbiətini nə zamansa görmüş birisinin gözü ilə görmək bir başqadır, heç vaxt Kəlbəcərdə olmayan və Azərbaycanın ərazicə ən böyük (3 min kvadrtat kilometr) rayonunu bir güllə atılmadan işğaldan azad edən Ali Baş Komandanın gözü ilə baxmaq tamam başqa bir fikir formlaşdırır. Avqusutun 15-də Kəlbəcər ötən ilin 25 noyabrında bu diyarı öz halalca sakinlərinə alıb vermiş xilaskar komandanını qarşılayırdı. Həmin gün təbiət sanki sevinirdi. Adama elə gəlirdi ki, onu yağının əlindən almış sərkərdəsini alqışalmağa, qucaq açıb bağrına basmağa tələsir. Həmin gün hava elə sakit, meşələr elə yamyaşıl idi ki, çaylar elə ahəstə çağlayırdı ki. Nəhayət, cənab Prezident gəldi, öz gözləri ilə necə bir təbiət abidəsini faşizmin cəngindən qopardığını, eləcə də 28 illik işğal dönəmində nələri itirdiyimizi, nələrdən məhrum edildiyimizi öz gözləri ilə gördü və gərəkən mesajları verdi, bu torpaqları işğalda saxlayanlara da, onların ikiüzlü havadarlarına da. Prezident Kəlbəcəri vəsf edərək Cənnət adlandırdı və tezliklə bütün Qarabağ kimi, buranın da Cənnətə çevriləcəyini bildirdi.
Məhz prezidentin tarixi səfərindən sonra bu doğma yurdu təkrar ziyarət etmək bir kəlbəcərli kimi mənim üçün ayrıca ovqat yaradırdı. Dəyərli oxucular üçün qısaca olaraq bildirim ki, aprelin 15-17-də ilk dəfə Kəlbəcərdə olmuşdum. Doğma kəndim Başlıbeldə 1993-cü ilin aprelində törədilmiş qətliamdan və mülki əhaliyə divan tutularaq rayonun ən böyük kəndinin yer üzündən silinməsinin izlərini görmək, erməni terrorizminin qaniçən üzünü ifşa etmək üçün kənddə olsaq da, qətlə yetirilən 90 yaşlı nənəmin cəsədinin qalıqlarını yandırılmış evimizin xarabalıqları altından çıxarmaq təşəbbüsümüz alınmamışdı. Qərara alınmışdı ki, tezliklə ekskavatorun və kəndimizin 31 km-liyində yerləşən hərbi hissədəki əsgərlərin köməyi ilə 100 kvardartmetr ərazi təmizlənərək sümüklər götürülsün. Bir müddət sonra jurnalistlərin minaya düşməsi və Kəlbəcər istiqamətində ermənilərin az qala hər gün atəşkəsi pozması axtarış işlərinin düz 4 ay ertələnməsi ilə nəticələndi. 
Nəhayət, sentyabrın 1 də Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları və Məhkəmə tibb eksperti ilə Kəlbəcərə yola düşdük. Apreldəki səfərimiz zamanı amansız Murov yolunda çox çətin anlar yaşamışdıq. Səhər saat 10-da Toğanadan çıxıb axşam saat 10-da, yəni düz 12 saat sonra Kəlbəcərə çatmışdıq. Amma bu dəfə yolları görəndə gözlərimə inana bilmirdim. 4 ay ərzində bəlkə də 4 il görülməsi inanılmaz olan işlər görülüb. Yollar nə qədər sərt döngələr, vahiməli eniş-yoxuşlarla zəngin olsa da, genişliyi və mötəbərliyi ürəyimi dağa döndərdi. Elə buna görə də bu dəfə Toğanadan cəmisi 2 saat yarıma Kəlbəcər şəhərinə çata bildik. Gecəni Kəlbəcərdə keçirməkdən başqa yol yox idi, Çünki Başlıbel 61 km rayon mərkəzindən uzaqda idi və ora getmək ən azı 3 saat vaxt aparacaqdı. Ona görə də Kəlbəcərdə qaldığımız zamanı boşuna xərcləməmək üçün İstisu qəsəbəsinə - bir vaxtlar təkcə sovetlər məkanında deyil, Çexiyanın dünyaca məşhur "Karlovı Varı" suyuna meydan oxumaqla Şərqi Avropaya səs salmış "İstisu" sanatoriyasına, daha doğrusu, sanatoriyanın xarabalıqlarına baxmaq, ərazidəki misilsiz su qaynaqlarına, fışqıraraq göyə qalxan 70-80 dərəcə temperaturda olan fəvvarəni görmək üçün həyəcandan boğulurdum.
 
 
Bir vaxtlar - 1978-ci ildən 1988-ci ilədək mərhum valideynlərim və qardaşımla hər il avqust ayında "İstisu" sanatoriyasında dincəlirdik və indi viran qalmış həmin məkanları görmək sözlə ifadə olunmayacaq qədər məşəqqətli idi. Adam qəhərdən na danışa bilirdi, nə göz yaşları ətrafı rahatca izlməyə imkan verirdi. Bir kənara çəkilib talanmış yurdun, viranə qalmış vətənin, izləri silinmiş uşaqlıq xatirlərimizin yasını tutub ürəyimizi boşaldandan sonra oxuduğunuz bu yazı üçün xarabalıqlardan bəzi kadrlar çəkməyə başladım. Doyunca sudan içməyi və xidmət aparan əsgərlərlə xeyli söhbətləşməyi də unutmadım. Ərazidə aparılan yol tikintisi və hər yanda ağırtonnajlı maşınların ora-bura şütüməsi belə bir əminlik yaradırdı ki, tezliklə bu xarabalıqların içərisindən əvvəlkindən daha möhtəşəm və dünyaya səs salacaq "İstisu" qızılgül kimi pərvazlanaraq 28 ilin həsrətini, ağrı-acısını unutduracaq. Əsgərləri siqaretlərə qonaq etdikdən sonra İstisudan Kəlbəcərə qayıdıb gecəni orda keçiririk.

 

Səhər saat 6-da isə yolumuz Başlıbelə doğrudur. 1 saatdan sonra Başlıbel istiqamətindəki N saylı hərbi hissəyə çatırıq. Burada bizi gözləyirlər. Yeri gəlmişkən, apreldəki səfərimdə çox şeydən narazı qalmağım üçün əsaslar vardı, amma yazmağa gərək duymamışdım və düşünmüşdüm ki, yeni həyat qayıdır, heç nəyin yerində olmaması, çaşqınlıq və qərarsızlıq anlaşılandır. Amma budəfəki səfərin təşkilatçılığı alqışa layiq idi. Buna görə də fürsətdən istifadə edərək Prezidentin köməkçisi, dəyərli Hikmət Hacıyevə sərgilədiyi həssasiyyət üçün ayrıca təşəkkür borcumu ifadə etməkdən şərəf duyuram. Baş Prokuror Kamran Əliyevin birbaşa tapşırığı və İstintaq İdarəsinin rəisinin tez-tez bu işlə maraqlanması, bizimlə bu ağır səfərdə unudulmaz yol yoldaşlığı edən İstintaq İdarəsinin əməkdaşlarına təşəkkürlərim sonsuzdur. Kimsə deyə bilər ki, bu onların görəvidir və harada qətlə yetrildəkləri bilinməyən şəhidlərin nəşinin axtarılıb tapılması onların vəzifə borcudur. Amma mənim belə düşünməyə haqqım yoxdur. 50 illik ömrünün yarıdan çoxunu siyasətin göbəyində və mediada xərcləmiş birisi olaraq bu ölkəni yaxından tanıyanlardanam. Xülasə, sərgilənən münasibət məni ziyadəsi ilə məmnun etdi və ikinci səfərim də nəticəsiz yekunlaşsa da və kəndi tərk edərkən yıxılaraq ayağımdan ciddi zədə almağımı nəzərə almasaq, çox razı qaldım. 
 
 
Axtarışların nəticə verməməsi barədə. Bu dəfə evimizin xarabalıqlarını tamamilə qazıb çıxarmaq və nənəmin sümüklərini tapmaq üçün hərbi hissədən 31 km məsafədə olan kəndimizə ekskavator və çoxsaylı canlı qüvvə cəlb edilmişdi. Sentyabrın 2-də artıq saat 10 radələrində kəndə çatmışdıq və çatan kimi hamı qollarını çırmayıb işə başladı. Saat 15.00-a qədər qazıntı işləri heç bir nəticə vermədi və nənəmin nəşinin heç bir izinə rast gəlmədik. Mən hamının dilxor və yorğun olduğunu görərək saat 15 radələrində qazıntı işlərinin dayandırılmasını xahiş etdim.
 
 
Məhkəmə tibbi eksperti bildirdi ki, burada iki varıant ola bilər, ya evin taxta konstruksiyasının çoxluğundan yanğın zamanı cəsəd tamamilə yanıb kül ola bilər, ya da ümumiyyətlə, öldürüldükdən sonra onun cəsədi başqa bir yerə atıla bilər. Hər halda, evimizə bitişik yardımçı tikililəri qazıb torpağı çıxarmaq üçün günlərlə vaxt lazım gəldiyindən qərara gəldim ki, kənddə məskunlaşmaya başlanıladək gözləyək və özüm lap bir ay çəksə belə, texnikanın dəstəyi ilə cəsədin qalıqlarını bir daha ehtimal olunan məkanlarda axtaraq. Çünki nənəmin itkin kimi tarixdə qalmasına ürəyim dözmür. Onun narahat ruhunu azacıq da olsa, xəfiflətmək üçün mümkün olan və olmayan hər şeyi etməkdə israrlıyam və ümid edirəm ki, üçüncü cəhdim uğursuzluğa düçar olmayacaq.
 
 
Yeri gəlmişkən, biz bir gün də kənddə qalmalıydıq. Daha doğrusu, yenidən Kəlbəcərə qayıdaraq orada gecələməli və Başlıbel qəliamının qurbanlarının 4 ay əvvəl Bakıya aparılaraq müayinə edilmiş sümüklərinin qaytarılıb Başlıbeldə dəfn olunması mərasimində iştirak etməliyidk. Ancaq ayağımdakı zədə çox ağır olduğundan qayıtmağa məcbur oldum və Baş Prokurorluqdan olan dostlarımız da onları tərk etməyimə çox pərişan oldular. Çünki bir-birimizə elə isinişmişdik ki, sanki 100 ilin dostları olmuşduq. Ancaq qismətə boyun əyməkdən başqa çarə yox və həmin şəhidlərimizin də ruhu məni bağşlasın ki, onların dəfn mərasimində iştirak edə bilmədim. 
 
 
Sonda bir təşəkkür borcumu da xatırlatmaq istəyirəm. "Qaçqınkom"un sədri Rövşən Rzayevin didərginlik mərəzindən qurtulmuş soydaşlarımızın yurd həsrətinə son qoyulması istiqamətində atdığı addım da minnətdarlığa haqq edir. Bir müddətdir ki, məhz onun təəşəbbüsü ilə işğaldan azad edilən bütün rayonlara turlar təşkil edilir və 25-30 nəfərlik qruplar öz dağılmış yurd yerlərini və məzarlıqlarını ziyarət edirlər. Biz Başlıbeldə olduğumuz gün Kəlbəcərdən gələn bir qrup da gəlib kəndə çıxmışdı. Əsasən kənd sakinlərindən və jurnalistlərdən ibarət qrup vaxt məhdudluğundan qısa zamanda kənddəki 2 məzarlığı və öz ata-baba evlərinin xarabalıqlarını ziyarət edərək geri döndülər.
Dəyərli oxucu! Təəssüratlarımı soruşmaq istəyənlərə birmənalı cavab verməkdə çətinlik çəkərdim. Amma bircə əminliyim var ki, 28 ilin dəhşətlərini 28 ayda unutdura biləcək fəaliyyətin şahidi oldum. Heç şübhə etmirəm ki, növbəti - 3-cü səfərimdə yaxşı mənada daha çox təəccüblənəcəm, nikbinlik faizim artacaq və tezliklə prezidentin təbirincə desək, bu dünyanın Cənnəti öz sakinlərini və qonaq-qarasını qucaq açıb qarşılayacaq. Bizə belə bir xoşbəxtliyi yaşadan Uca Allaha şükür və ali rəhbərə, millətin namus ləkəsini öz qanları ilə yuyan müqəddəs şəhidlərimizə, Qazilərimizə minnətdarlıq hissi ilə yazını burda yekunlaşdırıram. Növbəti görüşlərədək, Kəlbəcər! Biz səni vallah-billah dirçəldəcəyik! Bu dəfə sözümüzə də, özümüzə də etibar edə bilərsən...
 

 

 

Zülfüqar Hüseynzadə
 
Bakı-Kəlbəcər-Başlıbel-Bakı
1-2 sentyabr 2021-ci il
Oxşar xəbərlər
10:02, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
18 Apr 2024 | 10:09
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
18 Apr 2024 | 10:23
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO