Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO
420
25 Mar 2026 | 09:38

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

“ABŞ-ı məğlubiyyətini razılaşma kimi təqdim etməməyə çağırırıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın “Xatəm əl-Ənbiya” qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

O, ABŞ-ı regiondakı təsir gücünün itirilməsi və əvvəlki neft qiymətləri ilə hədələyib.
 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib. Bundan əlavə, Qərb KİV-ləri ABŞ-ın İrana ünvanladığı 15 maddəlik sülh planının mətnini dərc edib.


Sözügedən mətndə İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər