İranda etirazlarda 503 nəfər həlak olub - 69-u uşaqdır
545
21 Dec 2022 | 09:42

İranda etirazlarda 503 nəfər həlak olub - 69-u uşaqdır

Sentyabrın 19-dan dekabrın 19-a qədər olan müddət ərzində İranda keçirilən ümumölkə etirazları zamanı 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “HRANA” xəbər agentliyi yayıb. 

Bu müddət ərzində 18.452 etirazçı həbs edilib, onlardan yalnız 3976 nəfərin kimliyi müəyyən edilib. 

Agentliyin məlumatına görə, etirazlar zamanı 652 tələbə həbs edilib.

İranda tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1192 genişmiqyaslı etiraz aksiyası keçirilib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər