“Rusların cinayətini unudacağıqsa, özümüzə xalq demək haqqını itirəcəyik”
Müsahibə
6073
09 Oct 2015 | 16:32

“Rusların cinayətini unudacağıqsa, özümüzə xalq demək haqqını itirəcəyik”

“KTMT Rusiyanın müdaxilələri üçün formal bir əsasdır"


Moderator.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində Dağlıq Qarabağ probleminin mövcud vəziyyəti, tarixi kökü, həlli perspektivləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 

-KTMT-nın baş katibi Ermənistan prezidenti Serj Sərkisyanla görüşündə qurumun qaynar nöqtələrə müdaxilə etməyə hazır olması gərəkdiyini bildirib və düşmən ölkəyə dəstəyini ifadə edib. Necə hesab edirsiniz, sabah Qarabağda müharibə başlayacağı təqdirdə KTMT müharibəyə müdaxilə edə bilərmi?

 

-Ermənistanla Rusiya arasındakı hərbi müqavilə imkan verir ki, Ermənistanla hər hansı bir dövlətin konfilikti olarasa, Rusiya da bu konfiliktə qarışsın. Baxmayaraq ki, Suriya ilə Rusiya arasında elə bir müqavilə yoxdur, Bəşər Əsədin bir çağırışı əsasında Rusiya Suriyadakı müdaxiləyə qoşulub və orada bombardumanlar həyata keçirir. Rusiyanın Suriyaya, ondan öncə isə Ukraynaya müdaxiləsi göstərdi ki, KTMT Rusiyanın müdaxilələri üçün formal bir əsasdır. Rusiya öz bölgəsəl maraqlarını müdafiə etmək məqsədi ilə ətrafdakı zəif dövlətlərin hər birinə müdaxilə edə bilər və edir də. Suriya olayları da göstərdi ki, Rusiya beynəlxalq hüquqa məhəl qoymadan, beynəlxalq təhlükəsizlik və əməkdaşlığa ziyan vuran ciddi addımlar atır. Buna meyilli bir ölkədir.

 

-Əksər siyasilər iddia edir ki, atəşkəs  dövründən üzübəri Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparmamasının yeganə əsas səbəbi rus ordusunun Qarabağdakı mövcudluğu, Rusiyanın Ermənistana hərbi dəstəyi olub. Sizcə doğrudanmı rəsmi Bakını müharibədən çəkindirən yeganə səbəb məhz Rusiya faktoru olub?

 

-Təbii ki, bu problemin həll olunmamasınınn bir deyil, bir neçə səbəbi var. Bir səbəbi problemin həllinə mane olan qüvvələrin həll etmək istəyən qüvvələrdən güclü olmasıdır. Bu problemin həllini istəməyən qüvvə Rusiyadır. Bu günə qədər Rusiyanın yüksək çinli məmurlara Dağlıq Qarabağla bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar hətta Dağlıq Qarabağın Ermənistana da aid olmadığını, lazım gələrsə Rusiyaya birləşdirilməsi, rus qoşunlarının ora gətirilməsi iddiası ilə çıxış edir.

Bildiyiniz kimi, Qarabağ xanı İbrahim xanın vaxtında, onun məktubu əsasında rus qoşunları ora gəlmişdi. Qarabağı biz yanlış olaraq etnik münaqişə hesab edirik. Onun siyasi səbəblərinə nəzər yetirmirik. Əslində isə bu, siyasi seperatizm hərəkatı idi. Bunun əsası isə Qarabağ xanının Qacara qarşı mübarizədə ruslardan dəstək istəməsi, Qarabağı müstəqil şahlıq etmək cəhdi idi. Sonradan proseslər elə məcrada inkişaf etdi ki, Rusiya Şimali Azərbaycanı və Qarabağı işğal elədi. Rusiya Qarabağa erməniləri yerləşdirməklə siysi seperatizmi etnik seperatizmə çevirdi. Əgər ruslar bizdən bunu öncədən alıb daha sonra prosesləri etnik seperatizmə çeviriblərsə, deməli, proseslərin arxasında da Rusiya dayanır. Problemi yaradan da, onun həllinə mane olan da Rusiyadır.

Məlum olduğu kimi, Dağıstan Azərbaycanın tarixi ərazisidir. Rusiya bu əraziləri işğal edib. Dağıstan ərazisi, Dərbənd bizim xanlıqlarımızdan biri olub. Rusiya bizim ərazimizin böyük bir hissəsini alıb Gürcüstana verib. Azərbaycanın böyük bir hissəsində isə Ermənistan dövləti yaradıb. Dağlıq Qarabağ probleminin arxasında Rusiya faktorunun dayandığını əsasən üç gerçək sübüt edir: Azərbaycan ərazisində erməni dövlətinin yaradılması, ərazilərimizin böyük bir hissəsinin Gürcüstana verilməsi, Rusiyanın ərazilərimizin bir hissəsini işğal edərək onların ilhaqını həyata keçirməsi. Bu üç faktor göstərir ki, Rusiya Azərbaycan ərzilərinin qoparılması rolunda çıxış edən yeganə aktyordur.

 

-Belə çıxır ki, Azərbaycan hakimiyyətinin özü problemin həllində maraqlıdır?

 

-Xeyr. Azərbaycan iqtidarı daha çox Rusiya siyasətini kopyaladığına görə, Rusiya isə Dağlıq Qarabağ probleminin həllini istəmədiyinə görə, Azərbaycan və Ermənistan hakimiyyətləri də bunu istəmirlər. Çünki hər iki dövlət Rusiyanən siyasətini kopyalayır. Hər iki dövlətdə hakimiyyətlər məhz Qarabağ problemi ətrafında anti-demokratik, anti-Qərb siyasətini apara biliblər. Qarabağ problemi həll olunacağı təqdirdə nə Ermənistan, nə də Azərbaycanın “niyə ölkə daxilində demokratik cəmiyyət bərqərar olunmayıb” sualına veriləcək cavabı olmayacaq. Bu gün isə hər iki tərəfin bəhanəsi odur ki, bizdə Qarabağ problemi mövcuddur və bu problem demokratik islahatlar həyata keçirməyə imkan vermir. Ölkə ərazisində suverenlik tam olmadığı üçün hüquqlar da məhudlaşır.

Rusiyann bu problemi yartması, arxasında durması və bu problemdən istifadə edərək yalnız bölgəsəl deyil, Qərblə münasibətlərini tənzimləməsi göz önündədir. Azərbaycan və Ermənistan üçün isə hakimiyyətdə qalmağın mexanizmlərindən biri bu cür problemlərin olmasıdır. Söhbət anti-demokratik rejimlərdə hakimiyyətdə qalmaqdan gedir.

 

-Azərbaycan doğrudanmı Rusiyanın Qarabağdakı hərbi müqavimətini heç cür qıra bilməz? Rusiya həqiqətənmi Qarabağda istənilə sayda canlı itki verməyə, Qarabağdan gələn minlərlə tabut qarşılamağa hazırdır və bu, Rusiya ictimaiyyəti tərəfindən heç bir etiraza səbəb olmayacaq?

 

-Təkcə Çeçenistan hadisəsi göstərdi ki, Rusiya milyon yarımlıq çeçen xalqına qarşı 20 ildən artıq mübarizə apardı və sonda Avropa və Amerika bu məsələdə Rusiyanın yanında olmasaydı, çox güman ki, bu münaqişə bu günə qədər də davam edəcəkdi. Lakin söhbət bundan gedir ki, azərbaycanlılar çeçen ola bilərmi? Burda iki faktor var. Dövlət xalqı necə hazırlayır? İkincisi isə, xalqın özünün mahiyyəti, mayası nədən yoğrulub?

Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti Azərbaycan xalqının dostunu düşmənindən ayırmır. Milli Məclisdə, hakimiyyətin müxtəlif pilləllərində oturan adamlar Rusiyanı bizə dost və qardaş ölkə kimi təqdim edirlər. Az qalırlar ki, vaxtiylə Nərimanovun dediyi kimi, onun Azərbaycan üçün xilaskar olduğunu iddia etsinlər. Bu gün ölkədə 400-dən artıq rusdilli məktəb açıblar, məmurlar öz aralarında rusca danışır, rus mədəniyyətini təbliğ edirlər. Belə olan halda xalq Rusiyaya qarşı mübarizə apara bilərmi?

Birinci növbədə xalqa rus imperiailizminin düşmən olduğunu açıq şəkildə deməli, bunu net şəkildə ortaya qoymaq lazımdır. Mən 1988-ci ildə, Azərbaycan müstəqillik əldə etməmişdən, SSRİ dağılmamışdan öncə bir məqalə yazmışdım. Hmin məqaləni o vaxtkı qəzetlərdə çıxrtmışdım və daha sonra o məqaləni “Azadlığa məhkum” kitabına daxil etdim. Həmin məqalədə göstərmişəm ki, Azərbaycan müstəqillik əldə edəndən sonra Rusiyaya qarşı hansı məsələlərlə bağlı iddialar qaldırmalıdır. Rusiya bizim ərazilərimizi işğal edib, ilhaq edib, bütün təbii sərvətlərimizi talan edib. Ildə 1 milyon ton pambıq, 3 milyon ton üzüm, 1 milyard barel neft, qızıl və s sərvətlərimizi daşıyıb aparıb. Bir çox tarixi abidələrimizi, qəbirlərimizi belə söküb aparıbdır. Ziyalıları, elmimizin qabaqcıl xadimlərini 37-ci il repressiyalarında məhv edib. Azərbaycanlıları ümumiyyətlə hərbi işə yaxın buraxmayıblar. Bu da Rusiyanın bir siyasəti idi. Bizə qarşı genosid, depotasiya siyasəti aparıblar. Rus hökumətlərinin bizə qarşı yol verdikləri beynəlxalq cinayətləri saysaq, bu cinayətlərin biri kifayət edər ki, Rusiyanın Azərbaycan xalqına qarşı düşmən olduğu dərk edilsin. Hələ çar Rusiysı dönəmində Ermənistan və Gürcüstandan Azərbaycana olan köçürmələri də rus hökumətləri təşkil edib. Bizə dinimizi, mədəniyyətimizi, əxlaqımzı qadağan ediblər. Rusiya düşmən olaraq bizə daha nə etməli idi ki?

Amma təəssüf ki, Azərbaycan hökuməti Rusiyanın bizə düşmən olduğunu xalqa təbliğ etməyib. Buna görə də bəzu azərbaycanlılarda rus hakimiyyətinə qarşı dost münasibət var. Azərbaycan xalqı rusların onların başına gətirdiyi fəlakətləri, cinayətləri unudacaqsa, özünə xalq deməyə haqqı yoxdur. Bir xalq öz düşmənini tanıya bilmirsə, ona xalq demək olmaz.

 

-Sizcə bu məsələdə xalqın, ətəndaşın özünün üzərinə hansı məsuliyyət düşür?

 

-Digər bir məsələ xalqın özünün dövlətə və vətənə münasibətidir. Merkantil xalqlar, yəni maddiyyata, yüngül və rahat həyata meyilli xalqlar ağır işlər görməyə cəhd etmirlər. Ağır işlər deyəndə ölkənin müdafiəsi və bu istiqamətdə həyata keçirilən işləri nəzərdə tuturam. Qurani-Kərimdə deyilir ki, sərhədlərinizi qoruyun. Bu, Allahın əmridir. Bizim əksər sərhəd rayonlarımız işğal olunub. Halbuki, Quranda deyilir ki, həyatınız bahasına olsa belə, sərhədlərinizi qoruyun. Və ya deyilir ki, siz böyük bir güc olaraq az bir qüvvənin qabağından qaçnların aqibətini görmədiniz? Bir milyon azərbaycanlı işğal zonasından çıxarılıb. Ermənitan ərazisindən isə yarım milyon nəfər azərbaycanlı qovulub. Bu, toplam milyon yarım azərbaycanlı deməkdir. Hansı ki, Ermənistanın özünün də elə milyon yarım əhalisi var. Milyon yarım azərbaycanlı öz torpaqlarını qorumaq üçün hansı işlər görüb? Partizan hərəkatımı yaratdılar, ermənilərə uzunmüddətli silahlı müqavimətmi göstərdilər, nə etdilər? Bu baxımdan Qarabağın azad edilməsinin ideoloji zəmini hazırlanmalıdır. Xalqın özü buna hazırlanmalıdır. Məşhur bir söz var, “müharibələri dövlətlər başlayır, xalqlar qurtarır”. Xalq bir müharibəyə elliklə qoşulmayacaqsa, hərə öz uşağını bir bəhanə ilə müharibədən yayındıracaqsa, xaricə qaçırdacaqsa, suriyalılar kimi, qaçıb Avropadan sığınacaq istəyəcəklərsə, ölkələri də Suriya kimi olacaq. Xalqlar müqavimət göstərəndə qalib gəlirlər, qaçanda yox. Buna görə də xalqın bu torpağa, bu dövlətə nə dərəcədə bağlı olduğunu, bu torpağın onlar üçün nə demək olduğunu ifadə etmək lazımdır.

 

Seymur Əliyev

 

 

Link kopyalandı!
Son xəbərlər