Bizi sosial şəbəkələrdən izləyin:
Bir inilti var idi ki, səsi-sədası bütün məhəlləni bürümüşdü. Divarın bir tərəfində Allaha qalxan əllər, o biri tərəfində isə qadına qalxan əllərin olduğu bir vaxt. Bu inilti insanı dəli edərdi. Bu söyüşlü çığır-bağır özlüyündə bir günah daşıyırdı. Hansı ki, qadına qalxan əllərin aqibəti qandalda görsənirdi. Amma, əsas məsələ qalxan əllərin bir qadına qalxmasında deyildi. O əllər qadını yad əllərdən qurtarmağa da çalışmırdı. Kobud əllər yerdə çapalayan qadından qisas alırdı. O qadın öz ərini yad kişilərə satmışdı. Yad əllərinin istiliyini öz ərinin əllərindən üstün tutduğuna görə o əllər onun qatilinə çevriləcəkdi... Ölümünə fərman yad əllər, qatili isə ərinin əlləri idi. Bədbəxt kişi qadını boşaya da bilərdi. Əgər türk mentalitetini daşımasaydı. Eşidilən inilti pozğun qadının qucaqlarda qalan namusunun iniltisi idi. Bu inilti fahişənin yad kişilərlə yatdığı zaman inildəməyindən fəqlənmirdi. İkisinə də səbəb namusun yoxluğu idi... Divarın bu üzündə Allaha qalxan əllər bir mələk parçasının əlləri idi. O mələk parçası ilk dəfə onu dünyaya gətirən ananın fahişə olduğunu bilmişdi. Günahsız uşaq fahişəliyin nə olduğunu anlamasa da pis bir şey olduğunu bilirdi. Mələk parçasının əlləri anası üçün qalxmışdı Allaha. Qadına qalxan əllər düşdü yerə nəhayət. Qadının xırıltısı onun aqibətini müəyyənləşdirən nöqtələr idi. Divarın bu tərəfində Allaha qalxana əllər də endi aşağı. O günahsız uşaq bilmirdi ki, anasının fahişə olduğu ona ömür boyu əziyyət verəcək. O "fahişənin doğduğu" damğası ilə yaşayacaqdı. Qadına qalxan əllər isə qandallanıb barmaqlıqlar arasında cəza çəkməyə məhkum idi. Əslində günahkar əllərin günahı bir fahişə ilə nigaha girərkən atdığı imzada idi....