“Qurani-Kərimdə deyilir ki, kafirləri özünüzə dost tutmayın, şeyxülislam isə...”
Gündəm
7102
06 Oct 2015 | 11:32

“Qurani-Kərimdə deyilir ki, kafirləri özünüzə dost tutmayın, şeyxülislam isə...”

“Qurani-Kərimdə deyilir ki, kafirləri özünüzə dost tutmayın, şeyxülislam Allahşükür Paşazadə isə Putinə olan etimad və sədaqətdən danışır”.

Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, bu cür açıqlamalar bir daha Azərbaycanda dini maarifləndirmə işi aparması gərəkən insanların onlara həvalə edilən işin öhdəsindən gəlmədiklərini göstərir:

“Təsəvvür edin ki, Allaha sədaqətli olması gərəkən insan Putinə sədaqətindən danışır. Hansı ki, Quranı-Kərim kafirlərlə dostluğu qadağan edir. Bu hadisə bir daha göstərir ki, Allahdan, Allaha sədaqətdən, İslam dininin tələblərindən, mahiyyətindən danışmalı olan, bu yöndə təbliğat aparmsı gərəkən insanlar bu sahədə lazımi iş aparmır. Belə olan halda cəmiyyətin İslam ruhunda köklənməsini gözləmək mənasızdır”.

 

Seymur Əliyev

 

 

 

Link kopyalandı!
Son xəbərlər