“Rusiyaya yaltaqlanmaqla heç nə qazanmayacayıq”.
Bunu
Moderator.az-a açılamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya
sədrinin sözlərinə görə, belə bir mövqe Azərbaycan üçün daha ciddi itkilərə
gətirib çıxardacaq:
“Bu
gün bəzi məmurlar, ölkə rəsmiləri Rusiyanı az qala Azərbaycanın xilaskarı kimi
təqdim edir, onu bizə dost ölkə kimi qələmə verirlər. Halbuki, Rusiyanın
Azərbaycanın düşməni olduğu ortadadır və buna dair minlərlə fakt var. Buna görə
də hər kəs bilməlidir ki, Azərbaycan Rusiyanın bütün istəklərinə qarşılıq
versə, Avrasiya İttifaqına daxil olsa belə, Qarabağın azadlığına nail ola,
Rusiyanın bizə olan münasibətini dəyişə bilməyəcək. Əksinə, biz bununla daha çox şey
itirəcəyik”.
Seymur
Əliyev