Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edildi - YENİLƏNİB + FOTO
328
13:52, Bu gün

Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edildi - YENİLƏNİB + FOTO

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
 
Moderator.az bildirir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
 
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
 
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
 
12:50
 
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə 33 ailə (142 nəfər) Xocavənd şəhərinə öz doğma ocaqlarına qayıdıb.
 
Ailələri Xocavənd şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
 
Qeyd edək ki, bu mərhələdə daxil olmaqla 234 ailə (904 nəfər) daimi qayıdıb. Xocavənd sakinləri həm çox mənzilli binalar, həmdə yenidən bərpa edilən evlərinə qayıdlblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər