Bu gün Amerikada Trampa qarşı etiraz mitinqinə 9 milyon insan çıxacaq...- İsraillilər də...-
Ekskluziv
850
18:38, Bu gün

Bu gün Amerikada Trampa qarşı etiraz mitinqinə 9 milyon insan çıxacaq...- İsraillilər də...- "Fox News"

Şənbə günü ABŞ-da "No Kings"- "Krallara yox" şüarı altında  Tramp əleyhinə kütləvi nümayişlər planlaşdırılır. Keçən il etirazlar immiqrasiya polisinin vəhşiliyinə yönəlmişdi; bu gün isə prezidentin ümumi avtoritar meyllərinə əlavə olaraq, əsas diqqət artan xərclərə və İranla müharibəyə qarşı yönəlib.

Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.

Təşkilatçılar "Alabamadan Alyaskaya qədər" ştatlar boyu 3100 mitinq və etiraz yürüşləri planlaşdırır və milyonlarla insanın küçələrə çıxacağını gözləyirlər. "CNN" qeyd edir ki, ötən ilki nümayişlərdən fərqli olaraq, bu dəfə iştirak etmək üçün qeydiyyatdan keçmişlərin üçdə ikisindən çoxu böyük şəhərlərin xaricində yaşayır - başqa sözlə, "orta təbəqə" etiraz hərəkatına qoşulur.

"Fox News" proqnozlaşdırır ki, bu gün 9 milyondan çox amerikalı Trampa qarşı nümayiş keçirəcək.

İsraillilər də bu gün "əbədi müharibə"yə qarşı nümayiş keçirməyə çağırılır. Qəzzada iki illik müharibə zamanı böyüyən "Omdim Be-Yahad" yəhudi-ərəb hərəkatı tərəfindən ölkə daxilində onlarla yerdə müharibə əleyhinə mitinqlər təşkil olunur. Onun həmsədri Alon Li-Qrin həmvətənlərini "siyasi yaşam uğrunda əbədi müharibə aparan hökuməti dayandırmaq" üçün küçələrə çıxmağa çağırır.
 
İsrailin "Maariv" nəşri xəbər verir ki, "hüquqi çevrilişə" qarşı etiraz qərargahı da bu şənbə günü nümayişləri bərpa edir.
 
Qeyd: Xatırladırıq ki, Amerika ilə Azərbaycan arasında 8-12 saat vaxt fərq olduğundan orada hələ  səhər, gündüz saatlarıdır...
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər