Bizi sosial şəbəkələrdən izləyin:
“Ramazan bayramını da, Novruz bayramını da ailəmlə birlikdə evdə qeyd edəcəyəm. Bu bizim adət ən-ənəmizdir. Bayramlar birlik deməkdir. İnsanlar var ki, adi günlərdə toplaşa bilmirlər, bayramlarda bir yerə yığılırlar. Bayramı evdə qeyd etmək lazımdır, niyə başqa yerə gedək ki?”
Bunu Moderator.az-a tanınmış müğənni Akif İslamzadə deyib.
O daha sonra Novruz bayramının adətlərindən danışıb:
“Sovet vaxtı papaqatdı yox idi. Ümumiyyətlə papaq yaddan çıxmışdı. İndi papaq da atırlar, qapı da pusurlar. Sovet ölkəsində Novruz bayramını qeyd edə bilməzdik. Gizlincə səməni cücərdirdilər, şirniyatlar hazırlayırdılar. Şıxəli Qurbanov bu bayramı ilk dəfə dövlət səviyyəsində qeyd etdi. İndi bəzi adətlər var ki, şişirdilib. Məsələn, kosa və keçəl qondarma obrazlardır. Keçəl çoxbilmiş olur”, - deyə o bildirib.