“Əsl sənətkarlar təsadüfi kəmiyyətləri efirlərdən uzaqlaşdıracaq, ən böyük arzum..” - FOTO+ÖZƏL
257
09:58, Bu gün

“Əsl sənətkarlar təsadüfi kəmiyyətləri efirlərdən uzaqlaşdıracaq, ən böyük arzum..” - FOTO+ÖZƏL

“Novruz Azərbaycan xalqının ən önəmli və milli bayramlarından biridir. Bütün çərşənbələrlə yanaşı, ilaxır çərşənbəni də xüsusi təntənə ilə qeyd edirik. Yeməklər, şirniyyatlar hazırlanır və bu günü biz bayram kimi keçiririk. Şəxsən mən Novruz bayramını böyük səbirsizliklə gözləyirəm və təntənə ilə qeyd edirəm. Milli bayramdır, kökümüzü, soyumuzu qoruyan bayramdır. Müsəlman aləmində bir çox ölkələr Novruzu qeyd edir. Novruz yeni həvəs, yeni nəfəs, dünyanın yenidən təzələnməsi deməkdir. Bu da insanlığın başlanğıcı deməkdir. Ona görə də Novruzun həyatımızda xüsusi bir yeri var. Dünən paxlava hazırlamışıq, bu gün və sabah da şəkərbura, qoğal hazırlayacağıq. Bilirsiniz ki, biz sənətçilər Novruzqabağı çox yerlərə dəvət alırıq, konsertlərdə oluruq, amma bununla belə bayram şirniyyatlarını özümüz hazırlayırıq”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva bildirib. 
 
Sənətkar televiziyalarda aparılan islahatların efir məkanını müsbətə doğru dəyişəcəyini də bildirib:
 
“Ümid edirik ki, bu belə davam edəcək. Televiziyalarımız yalnız belə olduğu halda dəyərə və hörmətə minəcək. Bu da həqiqi sənət insanların sayəsində olacaq. O insanlar ki, tamaşaçı hər zaman onları efirdə görmək istəyir. Həmin insanların efirlərə çıxması ilə təsadüfi kəmiyyətləri efir məkanından uzaqlaşdıracaq. Bunu arzu edirəm və ümid edirəm ki, belə də davam edəcək”.
 
Gülüstan Əliyeva ilin sonuna kimi konsert verəcəyini də bildirib:
 
“Konsert vermək mənim arzularımdan biridir. Bu dəfəki arzum Respublika sarayında konsert verməkdir. İlin sonuna qədər də bu arzumu reallaşdırmağı düşünürəm”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər