Şou-biznes
243
14:36, Bu gün

"İndi sanki ingilis bayrağı kimisiniz – maşasız” – Tolik həmkarlarını sərt tənqid etdi

"Deyirəm ki, insan həyatda cəsarətli olmalıdır. Nəyin bahasına başa gəlsə də, qorxaq olmamalıdır".

Moderator.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.

O, həmkarlarını qorxaq olmaqda ittiham edib:

"Həmkarlarım inciməsin, verilişlərinizə evdən baxıram. Açığı, Çox qorxaq görünürsünüz. Siz aparıcısınız, qabaqcıl söz deyən insanlarsınız. Axı biz sizi tanıyırıq. Aparıcının ən böyük uğuru onun cəsarətində, hünərindədir.

Yoxsa mən verilişi itirəcəyəm deyə qorxaq olmalıyam? İkiüzlü yox, üçüzlü olmalıyam? Hamıya xoş gəlmək üçün başqa cür danışmalıyam?

Açığı, bu hal çox gülünc görünür. Olduğunuz kimi olun. İnsanlar sizi məhz belə sevəcəklər. Bir kütlə onsuz da sizi sevməyib və sevməyəcək. Amma sevənlər sizin hər səhvinizlə belə sizi sevəcəklər.

İndi isə sanki ingilis bayrağı kimisiniz - maşasız. Bu gün sizə deyirlər belə görün, belə görünürsünüz. Sabah deyirlər başqa cür görün, yenə dəyişirsiniz.

Doğrudan da çox gülünc görünür. İnciməyin, sadəcə olduğunuz kimi olun". /bakupost.az/

Link kopyalandı!
Son xəbərlər