Suriya kürdləri irandakı soydaşlarını ABŞ-la əməkdaşlığın təhlükələri haqda xəbərdar etdi...-İSRAİL MEDİASI
Ekskluziv
3814
09 Mar 2026 | 11:16

Suriya kürdləri irandakı soydaşlarını ABŞ-la əməkdaşlığın təhlükələri haqda xəbərdar etdi...-İSRAİL MEDİASI

"Reuters" agentliyinin məlumatına görə, Suriya kürdləri iranlı qardaşlarını ABŞ ilə əməkdaşlıq etməyin təhlükələri barədə xəbərdar edirlər. Onlar amerikalıların tərk etdikləri kimi özlərini İran kürdlərini də tərk edəcəklərindən qorxurlar.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla məlumat yayıb.
 
ABŞ prezidenti Donald Tramp İran rejimini devirməyi hədəfləyən qrupları dəstəkləməyə hazır olduğunu bildirib. Daha sonra administrasiyanın həm İranda, həm də qonşu İraqda bu əməliyyatlara kürdləri cəlb etmək niyyətində olduğu barədə məlumatlar yayıldı. Tramp daha sonra bu plana qarşı çıxdı.
 
Suriya Kürd Demokratik Tərəqqi Partiyasının rəhbəri Əhməd Barakat İran kürdlərini son dərəcə ehtiyatlı davranmağa çağırıb. 
 
"Əlbəttə ki, qərar vermək onların öz ixtiyarındadır, amma ABŞ-ın İran rejiminə qarşı mübarizədə zərbə qüvvəsi olmaq təklifi hazırda İran kürdlərinin maraqlarına uyğun deyil", - deyə o bildirib.
 
Bu mövqeyi sadə kürdlərin çoxu da bölüşür. Onlar Suriya vətəndaş müharibəsi zamanı ABŞ tərəfindən dəstəklənən kürd silahlı dəstələrinin "İŞİD" terror qruplaşmasını məğlub edən koalisiyada əsas qüvvəyə çevrildiyini xatırlayırlar. Bundan sonra kürdlər yaşayan ərazilərdə muxtariyyət yarandı.
 
Kürdlər ABŞ-ın dəstəyinə arxalana biləcəklərinə inanırdılar, lakin ABŞ administrasiyası kürdlərlə ittifaqın artıqöz rolunu yerinə yetirdiyini bəyan edərək yeni Suriya rejimi ilə əməkdaşlıq etməyi seçdi. Nəticədə kürdlər özünüidarəetmələrini ləğv edən bir müqavilə imzalamağa məcbur oldular...
Link kopyalandı!
Son xəbərlər