22:12
5°C
Bakı
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində İranın qərb və mərkəzi hissələrində 400 hərbi və istehsal obyektinə zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində İranın qərbində və mərkəzində hədəflərə qarşı genişmiqyaslı zərbələr dalğası həyata keçirib və bu müddət ərzində ballistik raket buraxılış qurğuları və silah istehsalı obyektləri də daxil olmaqla 400-dən çox hədəf vurulub", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.