Gənc yazarlarla reperin unikal kitab layihəsi
Ədəbiyyat
9448
18 Sep 2015 | 22:50

Gənc yazarlarla reperin unikal kitab layihəsi

Gənc yazarlar Ömər Xəyyam, İkinci Mahmud və reper Şəhriyar Atababayev yeni layihəyə başlayılar. 

Moderator.az - ın məlumatına görə,  "Synaps Library -GƏNCLƏRƏ KİTAB!” adlanan layihədə əsas məqsəd kitabla-ədəbiyyatla oxucu, xüsusən də, yetişməkdə olan gənc nəsil arasında körpü yaratmaqdır.                                                

Gənclərin “Synaps Library” nədir?" adlanan manifestini təqdim edirik: 


"Biz gəlirik! Biz KİTABLA gəlirik...  Biz sizə KİTAB gətiririk... Synaps Library “GƏNCLƏRƏ KİTAB!” layihəsinə başlayır...

Əziz GƏNCLƏR, dəyərli oxucular!                                                                                                            
Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə kitaba, əbəbiyyata qarşı kütləvi biganəlik hökm sürməkdə, bu vəziyyət bizi narahat etməyə bilməzdi. Düşünürük ki, bütün günahı oxucunun üzərinə atmaq doğru olmaz ”“ bu, işin asanına qaçmaqdır. Fikirmizcə, problemin tən yarısı kitab nəşri ilə məşğul olan insanların payına düşür.  Müşahidələr göstərir ki, nəşr edilən kitabların təbliği, yayılması işində xeyli qüsur var; faktiki olaraq kitabın təbliğatı ilə məşğul olmurlar, olsalar belə, bunu qeyri-peşəkarcasına, qeyri-ekkektiv üsullarla edirlər. Nəticədə, oxucu və kitab arasındakı uçurum bir az da dərinləşir.                                    

Biz, yəni “Synaps Library” (“Synaps Libarary” “Synaps Production”un tərkib hissidir) bu işi öz üzərimizə götürürük, məqsədimiz kitabla (ƏDƏBİYYATLA!) oxucu (xüsusən də, yetişməkdə olan GƏNC NƏSİL) arasında körpü yaratmaqdır.                                                                                                                                                             
Biz boş-boşuna ahu-zar etməkdənsə, konkret iş görməyə niyyətlənmişik! Biz sizə kitab satıb əvəzində boynunuza minnət oymayacağıq... Biz özümüzdən fədakar obrazı yaratmayacağıq... Biz çürük nəzəriyyələrin, bədbin statistikaların əsiri olmayacağıq! Biz işimizi sevgi ilə görəcəyik! Biz avantürist deyilik; biz reallığı dərk edirik; biz kitaba (həm də) əmtəə kimi yanaşacağıq! Biz sizin zövqünüzü korlamayacağıq; biz sizin kitab zövqünüzü formalaşdıracağıq! Biz (həm də) sizin istəklərinizi nəzərə alacağıq! Biz sizi kitaba maraq göstərmədiyinizə görə ittiham etməyəcəyik! Biz elə edəcəyik ki, kitabı sevəcəksiniz! Biz elə edəcəyik ki, kitab sizin ən yaxın dostunuza çevriləcək! Biz elə edəcəyik ki, bu kitablar sizin iç dünyanızı zənginləşdirəcək, həyatıza rəng qatacaq! Biz sizi kitabla görüşdürəcəyik; ilk addımı biz atacağıq; biz sizə tərəf gələcəyik! Biz sizi axmaq yazarların sarsaq mətnlərini oxumağa məcbur etməyəcəyik; biz sizə “əsl əbədiyyat” adı altında  boş çərənləmələri sırımayacağıq! Biz yeni dalğayıq; biz fərqliyik; biz əvvəlkilərə bənzəmirik! Biz  başqalarınının izi ilə getməyəcəyik, bu, bizi onların düşdükləri çuxura yuvarlanmaqdan xilas edəcək! Biz yeni cığır açacağıq! Biz ədəbiyyat  qeybətlərindən, şəxsi intriqalardan, oxucuya heç bir dəxli olmayan söz-söhbətlərdən uzaq qaçacağıq! Qətiyyətliyik, iddialıyıq, doğru yolda olduğumuza əminik!"
Link kopyalandı!
Son xəbərlər