Bizi sosial şəbəkələrdən izləyin:
"Aysun Zöhrab qızı Teymurova bizim sabiq tələbəmiz olub. O, iki il əvvəl universitetdən xaric olunub".
Bu məlumatı Oxu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tədris və elmi işlər üzrə direktor müavini Seymur Süleymanov verib.
O qeyd edib ki, A.Teymurova səhhətindəki problemlə bağlı dərsə gələ bilmirdi.
"Mənə bildirildi ki, Aysun xanım onkoloji xəstəlikdən əziyyət çəkirdi. 2024-cü ilin mart ayının 1-də səhhətindəki problemlə əlaqədar universitetdən xaric olunub. Həmin vaxt ikinci kursda təhsil alırdı", - deyə S.Süleymanov vurğulayıb.
09:32
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Aysun Zöhrab qızı Teymurova vəfat edib.
Moderator.az-ın məlumatına görə, o, dünən dünyasını dəyişib.
A.Teymurovanın hansı səbəbdən vəfat etdiyi məlum deyil.